Gündəm

100 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

7 Noyabr 2016 13:45

Dekabrın 6-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilməsi nəzərdə tutulan yeni hərraca ümumilikdə 100 dövlət əmlakı çıxarılıb. Bu barədə ƏMDK-dan verilən məlumata görə, bunun 26-sı səhmdar cəmiyyəti, 50-si kiçik dövlət müəssisə və obyekti, 24-ü nəqliyyat vasitəsidir.Hərracda əmlak sahibi olmaq istəyən hər kəs iştirak edə bilər.

“Bayrağımız – qürur mənbəyimizdir”

7 Noyabr 2016 13:43

Nəsimi rayonunda 9 noyabr Bayraq gününə həsr edilmiş yürüş keçirilib Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda Nəsimi rayon ictimaiyyətinin nümayəndələrinin, ağsaqqalların, Böyük Vətən Müharibəsi veteranlarının, orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, ali təhsil müəssisələrinin tələbələrinin, idmançıların və digər təşkilatların nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə “Bayrağımız – qürur mənbəyimizdir” yürüşü keçirilib.

Dırnaq boyasının zərərləri

7 Noyabr 2016 13:40

Qadınların tez – tez istifadə etdikləri dırnaq boylarının əslində zəzərsiz olmadığı müəyyən edilib.  ABŞ – larının mütəxəssisləri tərəfindən 3 min müxtəlif dırnaq boyalarında həddindən artıq trifenli fosfat maddəsi aşkar edilib. Kosmetik məhsullar içərisindən ən çox zərərli toksinlər  məhz dırnaq boyalarındadı.

Türkiyədə zəlzələ

7 Noyabr 2016 13:38

Ötən gün axşam saat 17:22 və 18:45 radələrində Türkiyənin Çorum bölgəsin də 3,7 və 3,5 bal gücündə ard – arda iki yeraltı təkan qeydə alınıb. Zəlzələnin mərkəzi Çorumun Bayat rayonu müəyyən edilib. Yeraltı təkanlar yerin 7 km dərinliyində qeydə alınıb. Zəlzələ zamanı heç bir dağıntı və təlafat qeydə alınmayıb. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

PKK – çılar həbs olunur

7 Noyabr 2016 13:37

Türkiyə Daxili İşlər orqanları zəhər tacirlərinə qarşı uğurlu əməliyyat keçiriblər.Narkotik Ticarəti ilə Mübarizə və Kəşfiyyat şöbələrinin apardığı birgə əməliyyat nəticəsində Türkiyənin  Diyarbəkir bölgəsinin Lice rayonun da yüklü miqdarda heroinin yola çıxdığını öyrənən polis, şübhəli yük avtomobilini Rizedə saxlayıb. Avtomobili idarə edən şəxslər şübhəli qismində saxlanılıblar. Axtarış zamanı avtomobildən tam 200 kq heroin aşkarlanıb. Aparılan tətqiqat nəticəsində narkotikin PKK terror təşkilatına aid olduğu məlum olub. Hal – hazırda mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin həbs edilməsi üçün axtarışlar başlayıb. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

Məktubları kitab olur

7 Noyabr 2016 13:35

“Tamaşaçılarımın mənə bəslədikləri sevgini başqa heç nə ilə dəyişə bilmərəm. Bəzən onlardan gələn məktubları oxuduqdan sonra öz – ozümə “Tamaşaçılarım üçün, canım fəda olsun” deyirəm. Bunu eşidən dəli olub deyə bilər.Amma hansı hisslər sevgidən gözəldir ki?”- deyən məşhur türkiyəli aktrisa Türkan Şoray 1960 -1970 –ci illər ərzin də hər il 10 -12 filmə çəkilərək, 223 filmi ilə dünyanın ən çox filmə çəkilən aktrisasıdı.Hələ o zamanlar aktrisaya gün ərzində təxminən 100 məktub gəlirdi.14 il də 511 min məktub və hər məktubun uzunluğunu 16 sm olduğunu nəzərə alsaq, məktubların uzunluğu 81.760 metrə bərabərdi. 1970 – ci illər də FotoRoman jurnalı vaistəsilə tamaşaçıları ilə məktublaşan altrisanın kitabını Ercan Akarsu “Bir nəsil Türkan Şorayla məktublaşdı” adı ilə kitab halına salıb.

Sabahın hava proqnozu açıqlanıb

7 Noyabr 2016 13:34

Noyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

MTN-də TANAP haqda şübhəli sual: Çovdarov BP-nin işçisini niyə dinlədib...

7 Noyabr 2016 13:32

Ləğv edilmiş MTN-nin keçmiş idarə rəisi, general Akif Çovdarovun işi üzrə zərərçəkənlərdən biri də BP şirkətinin əlaqələr üzrə aparıcı mütəxəssisi İbrahimov Emil Əli oğludur.

Ermənilər niyə və nədən dönür?

7 Noyabr 2016 13:30

"Ermənistanda aparılan Konstitusiya islahatlarına qadınların daha aktiv cəlb olunması önəmli məsələdir. İslahat və dəyişikliklərin effektiv alınması üçün qadınlara ehtiyacımız var. 2015-ci ilin dekabrın 6-da keçirilmiş referendum başa çatmayıb - əksinə, çox mühüm prosesin ilkin mərhələsidir. Hazırdla ölkədə ciddi islahatlar aparılır".

İŞİD rəhbərlərindən biri öldürüldü

7 Noyabr 2016 13:28

İraq hökumət qüvvələri Mosulun cənubunda İŞİD terror qruplaşmasının rəhbərlərindən birini zərərsizləşdirib.

Rusiyada azərbaycanlı həmyerlilərinə 100 min "atdı"

7 Noyabr 2016 13:27

Tümenin mərkəzi rayon məhkəməsi 55 yaşlı azərbaycanlı Elman Bayramovu fırıldaqçılıqda təqsirli bilib.

“Uşaq Qaynar Xətt” xidməti “Maarifləndirmə kampaniyası" keçirir

7 Noyabr 2016 13:24

Azercell Telekom MMC –nin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti mütəmadi olaraq həyata keçirdiyi "Maarifləndirmə kampaniyası" çərçivəsində tədbirlərini davam etdirir. “Uşaq Qaynar Xətt" xidməti bu dəfə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təşəbbüsü ilə qeyd edilən "Uşaq Hüquqları" aylığı günü ilə əlaqədar Sabunçu rayonu, 252 nömrəli məktəbin 8-9-cu sinif şagirdləri, məktəb nümayəndələri və valideynlərin iştirakı ilə görüş təşkil edib. Tədbirdə Uşaq Qaynar Xətt xidmətinin fəaliyyəti və eləcə də "Zərərli vərdişlər", "Erkən Nigahın qarşısının alınması", uşaqların hüquqlarına dair mövzuların təqdimatı və valideynlərlə birgə müzakirəsi aparılıb. Tədbirdə eyni zamanda iştirakçılara "Uşaq Qaynar Xətt " xidmətinə məxsus məlumat xarakterli buklet, stikerlər paylanılıb və şagirdləri maraqlandıran suallara cavab verilib.

"Özalın açdığı anbarlar qan gölünə dönəcək" - 6 il əvvəkli toplantının ŞOK DETALLARI - VİDEO

7 Noyabr 2016 13:21

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin 40 tələbəsindən biri olan şəxs 2010-cu ildə təşkil etdiyi gizli toplantısında 15 iyul qanlı çevriliş cəhdi ilə bağlı planının şifrələrini verib.

Qubad İbadoğlu: "Donald Tramp seçilsə, o, ABŞ-ın sonuncu prezidenti olacaq"

7 Noyabr 2016 13:19

Bir müddət təhsili ilə bağlı ABŞ-da yaşamış iqtisadçı alim Qubad İbadoğlu bu ölkədə keçirilən prezident seçkisi ilə bağlı düşüncələrini sosial şəbəkədəki səhifəsində paylaşıb. Musavat.com Q.İbadoğlunun statusunu təqdim edir:

Sarkisyan Ukraynadan qovuldu

7 Noyabr 2016 13:12

Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyanın məşhur müğənnisi Kristina Sarkisyanın ölkəyə daxil olmasına icazə verməyib. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, buna səbəb 25 yaşlı ifaçının Ukraynanın yerli qanunlarını pozaraq işğal olunmuş ərazilərə səfər etməsi olub.