Gündəm

Bağdadda TERROR: 7 ölü, 31 yaralı

7 Noyabr 2016 13:11

İraqın paytaxtı Bağdadda bir neçə yerdə törədilən partlayışlar nəticəsində 7 nəfər ölüb, 31 nəfər yaralanıb.

Turizm sahəsində fəaliyyətə başlayanlar üçün MÜJDƏ - Güzəştlər gözlənilir

7 Noyabr 2016 13:09

Azərbaycanda turizm sahibkarlığının inkişafına dövlət himayəsinin daha da gücləndirilməsi və stimullaşdırılması nəzərdə tutulur.

Karapetyanın Qarabağ səfəri - Ermənistan mediası baş naziri tənqid edir

7 Noyabr 2016 13:08

Ermənistan baş naziri Karen Karapetyan Azərbaycanın işğal edilmiş torpaqlarına səfər edib. Bu barədə informasiya Azərbaycan mətbuatında da gedib. Milli.Az musavat-a istinadən bildirir ki, baş nazir qondarma "respublika"nın "prezidenti" Bako Saakyan, və "baş nazir" Araik Arutunyanla görüşüb.

MTN-də TANAP haqda şübhəli sual: Çovdarov BP-nin işçisini niyə dinlədib...

7 Noyabr 2016 13:04

Ləğv edilmiş MTN-nin keçmiş idarə rəisi, general Akif Çovdarovun işi üzrə zərərçəkənlərdən biri də BP şirkətinin əlaqələr üzrə aparıcı mütəxəssisi İbrahimov Emil Əli oğludur.

MŞ sədri Əflatun Amaşov İrana səfəri çərçivəsində bır sıra görüşlər keçirib

7 Noyabr 2016 13:03

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin dəvəti ilə Tehrana səfəri başlayıb. Noyabrın 5-dən 9-dək gerçəkləşdiriləcək səfərdən başlıca məqsəd İranın mətbutı və xəbər agentlikləri məhsullarının 22-ci  beynəlxalq sərgisində iştirakdır. Bununla yanaşı səfər proqramına islam respublikasındakı media orqanları və jurnalist təşkilatı nümayəndələri, həmçinin parlament üzvləri və bir sıra rəsmi şəxslərlə görüş də daxildir.

“Trampa “nüvə kodları”nı etibar etmək olmaz”

7 Noyabr 2016 12:37

“Donald Trampa “nüvə kodları”nı etibar etmək olmaz”. Xarici mətbuatın yaydığı xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama bildirib. Qeyd edək ki, noyabrın 8-də ABŞ-da prezident seçkisi keçiriləcək. Respublikaçılar Partiyasından Donald Tramp və Demokratlar Partiyasından Hillari Klinton prezidentlik uğrunda mübarizə aparır.

Sumqayıtda “Gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasına dəstək” layihəsi icra olunur

7 Noyabr 2016 12:36

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gənc fəal Nurlan Cabbarov tərəfindən “Gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasına dəstək” layihəsi icra olunur.

Kommunistlər Böyük Oktyabr Sosialist inqilabının 99-cu ildönümünü qeyd ediblər

7 Noyabr 2016 12:34

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Böyük Oktyabr Sosialist inqilabının 99 - cu ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. AKP MK mətbuat xidmətindən verilən məlumata görə, konfransı giriş sözü ilə KPİ - Sov.İKP İK, Mərkəzi Şurasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov açmış və konfrans iştirakçılarını Böyük Oktyabr Sosialist İnqilabının 99 -cu ildönümü münasibəti ilə təbrik etmişdir.

İmişlidə ərzaq mağazası külə dönüb 

7 Noyabr 2016 12:30

İmişlidə yanğın hadisəsi baş verib. Məlumata görə, şəhər ərazisində yerləşən iri marketlerdən biri yanar konstruksiya və içərisindəki ərzaq məhsulları ilə birlikdə yanaraq külə dönüb. Hadisə İmişli şəhəri, Zərifə Əliyeva küçəsindəki marketdə qeydə alınıb. Belə ki, rayon sakini Əlibala Nəsirova məxsus market anidən alovlanmağa başlayıb. Qısa müddətdə alov güclənərək marketi cənginə alıb.

“Uşaqlar bizim gələcəyimizdir”

7 Noyabr 2016 12:28

Ucar şəhər 1 saylı orta məktəb-liseydə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib.

Müəllim və valideynlər üçün səyyar qəbul keçiriləcək

7 Noyabr 2016 12:26

Noyabrın 11-də paytaxtın Suraxanı və Xətai rayonları üzrə səyyar qəbul keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən daxil olub.

BMT-yə Ermənistanın işgəncə faktlarını əks etdirən hesabat təqdim olunub

7 Noyabr 2016 12:24

Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin (CAT) 59-cu sessiyası öz işinə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, sessiyada 15 dövlətin "İşgəncələr və insan ləyaqətini alçaldan digər davranış və cəzaya qarşı Konvensiya" üzrə öhdəkilkləri ilə bağlı hesabatları dinləniləcək.

Ermənilər 29 dəfə atəşkəsi pozub

7 Noyabr 2016 12:22

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Goranboy, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Dağlıq Qarabağı işğaldan azad edəcək- Müsahibə

7 Noyabr 2016 12:20

Azər Badamov: "Kənar güclər müdaxilə etməsə, Azərbaycan torpaqlarını bir həftə ərzində işğaldan tam azad edə bilər" Millət vəkili Azər Badamovun SİA-ya müsahibəsi - Azər müəllim, Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyi müşahidə olunur. Rusiyalı politoloq Sergey Markov bunu Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar masasına oturmaqdan imtina etməsilə əlaqələndirir. Doğrudanmı vəziyyət S.Markovun dediyi kimidir?

Belə davam etsə, "Sərhədsiz Reportyor"lardan imtina halları çoxalacaq

7 Noyabr 2016 12:18

Azərbaycan mediasının vəziyyəti getdikcə müsbətə doğru dəyişib inkişaf etsə də, təəsüf ki,  "Sərhədsiz Reportyorlar" kimi bəzi beynəlxalq təşkilatların mövqeyi dəyişməz olaraq qalır". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.