BMT-yə Ermənistanın işgəncə faktlarını əks etdirən hesabat təqdim olunub

Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin (CAT) 59-cu sessiyası öz işinə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, sessiyada 15 dövlətin "İşgəncələr və insan ləyaqətini alçaldan digər davranış və cəzaya qarşı Konvensiya" üzrə öhdəkilkləri ilə bağlı hesabatları dinləniləcək.

Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin (CAT) 59-cu sessiyası öz işinə başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, sessiyada 15 dövlətin "İşgəncələr və insan ləyaqətini alçaldan digər davranış və cəzaya qarşı Konvensiya" üzrə öhdəkilkləri ilə bağlı hesabatları dinləniləcək. Sonda Komitə ümumi xarkterli yekun tövsiyələr hazırlayaraq təqdim edəcək. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, hesabat verən dövlətlərdən biri də Ermənistandır: "Ermənistan Konvensiya üzrə 4-cü dövrü hesabatını təqdim edir. Hesabatla bağlı hazırladığım alternativ hesabat əsasən azərbaycanlı girovlar-Dilqəm və Şahbaza həsr olounub. Onlara qarşı Konvensiya iştirakçısı olan Ermənistanın tətbiq etdiyi işgəncə və insan ləyaqətini alçaladan digər davranış və cəzaları qismən də olsa əhatə etməyə çalışdıq. Hesabat Komitənin üzvlərinə paylansa da BMT İnsan Hüquqları üzrə Ali Komissarı ofisinin əməkdaşları hesabatı veb səhifəsində yerləşdirmək istəmirdi. Uzun mübahhisə və yazışmaladan sonra bir neçə cümlədə dəyişiklik etməli olduq və hesabat BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının rəsmi veb səhifəsində yerləşdirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31