Kommunistlər Böyük Oktyabr Sosialist inqilabının 99-cu ildönümünü qeyd ediblər
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Böyük Oktyabr Sosialist inqilabının 99 - cu ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. AKP MK mətbuat xidmətindən verilən məlumata görə, konfransı giriş sözü ilə KPİ - Sov.İKP İK, Mərkəzi Şurasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov açmış və konfrans iştirakçılarını Böyük Oktyabr Sosialist İnqilabının 99 -cu ildönümü münasibəti ilə təbrik etmişdir.
7 Noyabr 2016 12:34 SosialAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Böyük Oktyabr Sosialist inqilabının 99 - cu ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. AKP MK mətbuat xidmətindən verilən məlumata görə, konfransı giriş sözü ilə KPİ - Sov.İKP İK, Mərkəzi Şurasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov açmış və konfrans iştirakçılarını Böyük Oktyabr Sosialist İnqilabının 99 -cu ildönümü münasibəti ilə təbrik etmişdir. Tədbirdə AKP MK və BSZİ MİK RH - nin üzvü, Azərbaycan Sovet Zabitlər İttifaqı İcrayə Komitəsinin sədri A. Şiriyev "Dünya BOSİ 100 illiyi ərəfəsində" mövzusunda geniş və əhatəli məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında AKP MK üzvü, Azərbaycan KP Lənkəran RK -nin birinci katibi N. Bağırov, AKP Beyləqan RK -nin birinci katibi İ. Məhərrəmov, AKP Bakı şəhəri, Suraxanı RK-nin birinci katibi Ə. Cabbarov və AKP MK üzvü əmək veteranı A. Məmmədov çıxış etmişlər. Elmi praktiki konfranslar Azərbaycan Kommunist Partiyasının bütün rayon və şəhər təşkilatlarında keçirilmişdir.