Yağlı saçlara son!

Ətrafımızda saçlarının tez – tez  yağlanmasından şikayət edən xanımlar üstünlük təşkil edirlər. Saçlarınızın tez bir zaman da yağlanmasını istəmirsinizsə, aşağıda sadlananlara əməl edin.

Ətrafımızda saçlarının tez - tez  yağlanmasından şikayət edən xanımlar üstünlük təşkil edirlər. Saçlarınızın tez bir zaman da yağlanmasını istəmirsinizsə, aşağıda sadlananlara əməl edin.

Saçlarınıza çox toxunmayın. Əllərinizdəki yağ, tər, kir saçlarınızın erkən yağlanmasına səbəb ola bilər. Həmçinin saçlarınızı tez -tez daradıqda da, saçlarınızda  yağlılıq artır.

Saçlarınızı isti su ilə yumayın. İsti su saç dərinizin qurumasına və tez yağlanmasına səbəb olur. Mütəxəssislərin fikrincə, isti suyu  ilıq su ilə əvəz etsəniz, saçlarınızı qorumuş olarsınız.

Saçınızın yağlanmaması üçün tərkibin də krem olan şampunlardan uzaq durun. Saçınıza uyğun şampun seçmək üçün ilk öncə saç tipinizi müəyyən edin.Krem tərkibli şampunlar saçların erkən yağlanmasına səbəb olur.

Yaxçı durulanmayan saçlarda da erkən yağlanma müşahidə olunur.

Düz saçların tez yağlanma səbəbi isə saçların baş dərisinə yapışmasıdı. Saçlarınıza təbii vaistələrlə qulluq etməyə çalışın. Bədən də yağ istehsalını artıran və yağlı qidalardan uzaq olmağa çalışın. Saçları tez yağlanan insanlar mütləq fast - food qidalarını qəbul etməməlidilər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31