Okeanın o tayında film kimi seçki kampaniyası
Sahib Alıyev: “Bu dəfəki seçki kampaniyası əsl Hollivud ssenarisi əsasında təşkil olunmuşdu” Noyabrın 8-də (bu gün) Birləşmiş Ştatlarda Ağ Evin sayca 45-ci prezidenti seçiləcək. Cari ilin yanvar ayından başlayaraq günümüzə qədərə davam edən seçki kampaniyasının gedişinə nəzər yetirdikdə əslində bunun seçki deyil, bir siyasi oyun olduğu qənaətinə gəlmək mümkündür.
7 Noyabr 2016 15:01 SiyasətSahib Alıyev: "Bu dəfəki seçki kampaniyası əsl Hollivud ssenarisi əsasında təşkil olunmuşdu"
Noyabrın 8-də (bu gün) Birləşmiş Ştatlarda Ağ Evin sayca 45-ci prezidenti seçiləcək. Cari ilin yanvar ayından başlayaraq günümüzə qədərə davam edən seçki kampaniyasının gedişinə nəzər yetirdikdə əslində bunun seçki deyil, bir siyasi oyun olduğu qənaətinə gəlmək mümkündür. Hər halda Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton kimi biri ilə mübarizəyə Respublikaçılardan siyasi cəhətdən birincidən çox-çox aşağı qabiliyyətli, daha çox şou biznes adamı kimi tanınan Donald Trampın rəqib olaraq irəli sürülməsi belə deməyə əsas verir. Son günə qədər keçirdiyi bütün görüşlərdə yalnız yüngül və siyasətçiyə yaraşmayan hərəkətləri ilə diqqəti çəkən Donald Trampın özü də bu cür karyera ilə seçkilərdə qələbə qazana biləcəyinin mümkünsüzlüyünü dərk etdiyindən sanki bu prosesə bir aktyor olaraq qatılmışdı. Amma onu da etiraf etmək lazımdır ki, Donald Trampın siyasi səhnədə oynadığı rol bəzən sözün həqiq mənasında Ağ Evi idarə edənlərin maraqlarına uyğun gəlmirdi. Xüsusilə, Respublikaçılar Partiyasının namizədinin prezident seçkilərinin saxtalaşdırılacağı barədə məlum açıqlaması. Donald Tramp əslində bu açıqlaması ilə təkcə özünün bir oyunçu olduğunu deyil, eyni zamanda ümumilikdə Birləşmiş Ştatlarda keçirilən seçkilərin siyasi mübarizədən kənar bir şou olduğunu cəmiyyətə xatırlatdı. Bununla eyni zamanda Tramp Birləşmiş Ştatlar demokratiyasının iç üzünü açıb ortaya qoymuş oldu. Düzdür, Trampın məlum açıqlaması onun üçün hazırlanmış ssenaridə yer almasa da, amma Respublikaçıların namizədi seçki saxtakarlığı ifadəsi ilə əslində onu oyuna cəlb edənlərin özü ilə belə oyun oynamış oldu.
Artıq Amerika cəmiyyəti üçün də seçki adi bir siyasi hadisə kimi qəbul edilməkdədir. Elə bu səbəbdəndir ki, okeanın o tayında insanlar prezident seçkilərindən hər hansı müsbət və ya mənfi heç nə gözləmirlər. Birmənalı olaraq irəli sürülən fikir ondan ibarətdir ki, Birləşmiş Ştatlarda seçkinin keçirilməsi, onun nəticələrinin sadə amerikalılara heç bir aidiyyatı yoxdur. Elə əksəriyyət ekspertlər də bu qənaətdədirlər. Millət vəkili Sahib Alıyev də hesab edir ki, Birləşmiş Ştatlarda keçirilən seçki kampaniyası bir siyasi şoudur. Millət vəkilinin sözlərinə görə, bu dəfəki seçki kampaniyası əsl Hollivud ssenarisi əsasında təşkil olunmuşdu: "Guya gərgin rəqabət gedirdi. Ancaq Donald Tramp keçirdiyi əksər görüş və debatlarda elektoratın böyük bir hissəsini aşağılamaq və hətta arada təhqir etməklə açıq şəkildə göstərirdi ki, onun niyyəti prezident olmaq deyil. Hər yerdə tanınmaq və bununla da biznesini daha da genişləndirmək məqsədilə o
buradadır. Bütün bunlara baxmayaraq belə təqdim edilirdi ki, guya amerikalılar hələ tərəddüd edir, onların kimə səs verəcəkləri dəqiq bəlli deyil. Amerikalılar tərəddüd etməyə doğurdan da edirdilər. Onlar anlamırdılar ki, nə baş verir. Ər-arvad Klintonların prezident və qubernator seçkilərində onların qələbə çalmaları üçün böyük məbləğdə pullar ayıran əziz Donald doğurdanmı indi sevimli Hillariyə rəqib çıxmışdı? Onların tərəddüdlərini aradan qaldırmaq, həqiqətən də rəqib olduğunu göstərmək üçün Donald nə bacarırdısa etdi. Klintonlar haqqında ağzına gələni dedi. Ancaq həmişə ikinci dərəcəli məsələləri qabartı. Rəqibin bir sıra böyük səhvləri ortada ola-ola onlar haqqında susdu. Məsələn, Klintonun öz şəxsi elektron poçtuyla dövlət məsələləriylə bağlı yazışmalar aparması kimi ona təqdim edilən səhlənkarlıqların üzərində durdu". Sahib Alıyev bildirib ki, bu arada Federal Təhqiqat Bürosu da ssenaridə onun üçün ayrılmış hissəni uğurla yerinə yetirdi: "Qurumdan Kintonun yazışmalarıyla bağlı araşdırmalara başlandığını və bir sıra faktların üzə çıxdığı bildirildi. Klintonun seçki qərargahı bundan möhkəm "qəzəbləndi". Ayrı-ayrı strukturlarda gizli tapımçıların ola biləcəyi dezinformasiyası dövriyyəyə buraxıldı. Əslində isə Donald Trampın özü gizli Klintonçu idi. Elə öncə də bildirdiyimiz kimi onun Klintonçuluğu heç gizli də deyildi. Və seçkiyə iki gün qalmış FTB açıqlama yayaraq bildirdi ki, xanım Klintonun öz şəxsi elekton poçtuyla etdiyi yazışmalarda heç bir dövlət sirri olmayıb.Yəni o tərtəmizdir. Amerikalılar indi gedib səslərini verə bilərlər. Ssenarinin klumnasiya nöqtəsi də elə bu idi. Bununla da nəlbəkidə yaradılmış fırtına dayandı. Amerika xalqı sabah seçim etməyəcək, seçəcək. Xanım Hillari Klintonu seçəcək. Onu öncədən təbrik etmək olar. Həm qələbə, həm də film kimi bir seçki kampaniyasıyla bağlı".
Məhəmməd