Xalqın iradəsi və suverenliyini məhdudlaşdıran seçki sistemi 

ABŞ-da hər beş nəfərdən birinin adı seçici siyahısına düşmür Nəhayət noyabrın 8-də ABŞ-da növbəti - 58-ci prezident seçkiləri keçiriləcək. Ancaq təəssüflər olsun ki, bu seçkilərdə 6 milyona qədər seçici səsvermə hüququndan məhrum ediləcək. Belə ki, ABŞ qanunvericiliyinə görə, üzərində ən azı bir il məhkumluğu olan şəxs prezident seçkilərində iştirak edə bilməz.

ABŞ-da hər beş nəfərdən birinin adı seçici siyahısına düşmür
 

Nəhayət noyabrın 8-də ABŞ-da növbəti - 58-ci prezident seçkiləri keçiriləcək. Ancaq təəssüflər olsun ki, bu seçkilərdə 6 milyona qədər seçici səsvermə hüququndan məhrum ediləcək. Belə ki, ABŞ qanunvericiliyinə görə, üzərində ən azı bir il məhkumluğu olan şəxs prezident seçkilərində iştirak edə bilməz. Statistik məlumata görə, bu kateqoriyadan olan insanların sayı təxminən 6 milyon təşkil edir. Odur ki, ABŞ vətəndaşlarının altı milyonu ölkənin gələcək taleyinin müəyyən olunmasında öz sözünü deyə bilməıyəcək. Buna baxmayaraq artıq prezident seçkiləri öncəsi təbliğat kampaniyası çərçivəsində baş verənlər bu ölkə mediasında və beynəlxalq mətbuatda ciddi müzakirə predmetinə çevrilib. Bunu şərtləndirən başlıca səbəblərdən biri budur ki, proses çərçivəsində istər teledebatlar zamanı səsləndirilən fikirlər, istərsə siyasi mübarizənin metod və formaları, istərsə də mövcud qanunvericilik çərçivəsində müşahidə edilən hüquqi boşluqlar ABŞ-da prezident seçkilərinin demokratik dəyər və ənənələrlə ciddi şəkildə uzlaşmadığını göstərir. Politoloq Nurlan Qələndərov bildirib ki, ortaya çıxan mənzərə iki başlıca reallığı aşkar edir. Birincisi, öz sərhədlərindən kənarda demokratiya tələb və diktə edən ABŞ-da siyasi sistemin çoxsaylı qüsurları mövcuddur, xüsusilə də seçki sistemi qeyri-təkmil və antidemokratikdir. İkincisi isə, prezidentliyə namizədlər arasında siyasi mübarizənin metod və formaları bu ölkədə siyasi mədəniyyət səviyyəsinin olduqca aşağı olduğunu göstərir: "Ümumiyyətlə, dünya siyasətinin başlıca tendensiyalarını müəyyən edən bu hegemon güc mərkəzi beynəlxalq ictimaiyyətə "demokratik dəyərlər" aşılamağa və ya "demokratiya dərsləri" verməyə çalışsa da, öz daxilində müşahidə edilən anti-demokratik proseslər reallıqların nədən ibarət olduğunu göstərir. Xüsusilə də, hər prezident seçkiləri zamanı seçki prosesinin bütün mərhələlərində müşahidə olunan ciddi çatışmazlıqlar və qüsurlar siyasi ekspertlər, hüquqşünaslar tərəfindən xüsusi müzakirə predmetinə çevrilir. Bu ölkədə mövcud seçki qanunvericiliyi, seçkilərin keçirilmə üsul və formaları, eləcə də bir sıra prosedurlar ciddi tənqid obyektinə çevrilməkdədir. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2012-ci il noyabrın 6-da ABŞ-da keçirilmiş prezident seçkilərinin yekunlarına dair hesabatında seçkilərdə çoxsaylı nöqsanların və çatışmazlıqların olduğunu bəyan etməsi, əslində, seçki sisteminin qüsurlarını ortaya qoymuşdu. "Səsvermə hüququnun reallaşdırılması, səslərin sayılmasında dəqiqlik, seçki qərargahlarının maliyyələşdirilməsinin şəffaflığı, səslərin sayılması proseduru və buraya beynəlxalq müşahidəçilərin buraxılması kimi məsələlərdə yol verilən kobud nöqsanlar böyük narahatlıq yaradır", - deyə Büronun hesabatında bildirilmişdi. Həmin seçkiləri müşahidə edən avropalı parlamentarilərdən ibarət müşahidə missiyası belə bir qənaət ifadə etmişdi ki, Birləşmiş Ştatların seçki sistemində özünü göstərən ciddi qüsurlar bütövlükdə demokratik prosedurları, şəffaflığı şübhə altına alır: "Biz bütün ölkə boyu tətbiq oluna biləcək ümumi seçki qaydalarının mövcud olmadığını aşkarladıq. Bu, ölkənin seçki sistemini zəiflədir, prosesin şəffaflıq və bütövlüyünə təsir göstərir. Mənfi təsir özünü seçicilərin qeydiyyatı və elektron səsvermədə xüsusilə büruzə verir". Nümayəndə heyətinin rəhbəri Co Suares diqqətə çatdırmışdı ki, ATƏT müşahidə missiyası ABŞ-a bu yanaşmanı nəzərə alaraq ölkənin bütün seçki sisteminə tətbiq olunacaq standartlar hazırlamağı tövsiyə edir. Beləliklə, ortaya çıxan nəticə budur ki, demokratik dəyər və ənənlərə məhəl qoymayan ABŞ öz sərhədlərindən kənarda "demokratiya" tələbi ilə çıxış etməklə özünün "geopolitik demokratiya" məhfumunun mahiyyətini aşkar edir, başqa sözlə, "demokratiya" silahından geopolitik oyunlar vasitəsi kimi istifadə etdiyini nümayiş etdirir. Onun sözlərinə görə, bütövlükdə, ABŞ-da seçki reallıqlarını anlamaq üçün bir sıra məqamlara nəzər salmaq məqsədəmüvafiqdir: "Əvvəla qeyd edək ki, ABŞ-da prezident xalqın deyil, seçici kollegiyalarının səsi ilə seçilir. Seçicilər kollegiyaları, onlar isə ümumi səsvermə vasitəsilə prezidenti seçirlər. Seçici kollegiyaları əsasən Nümayəndələr Palatasında və Senatda ayrı-ayrı ştatları təmsil edirlər. Bundan başqa, səsvermə prosesi zamanı müəyyən paradokslar da müşahidə edilir. Məsələn, səs verənlər bəzi hallarda öz seçimlərini rəqib partiyanın namizədinin lehinə edirlər ki, bu da kollegiyaların fəaliyyətində şahid olunan ziddiyyətlər sırasında yer alır. Digər arxaik metod isə bundan ibarətdir ki, prezidentliyə namizədlərdən heç biri yetərli sayda (270-dən çox) səs toplamasa, o zaman Nümayəndələr Palatası daha çox səs toplamış namizədi prezident elan edir ki, bu da bütövlükdə demokratiyanın mahiyyətini əks etdirən xalqın iradəsi və suverenliyinin məhdudlaşdırılmasıdır". O, bildirib ki, beynəlxalq miqyasda ABŞ siyasi sisteminin ən çox tənqid edilən neqativ cəhətlərindən biri məhz siyasi plüralizmin olmamasıdır. Belə ki, ölkədə federal səviyyədə 38 partiyanın fəaliyyət göstərməsinə, hər siyasi partiyanın namizəd irəli sürmək hüququnun mövcud olmasına baxmayaraq, seçki marafonunda yalnız iki partiyadan olan namizədlərin yer almasına icazə verilir. Məsələn, 2012-ci il prezident seçkilərində müxtəlif ştatlarda 32 namizəd irəli sürülmüş, hər hansı bir maneə və ya hüquq pozuntusu olmamasına rəğmən, bunlardan yalnız 4 nəfərin adı seçki bülleteninə salınmışdı, hətta nəticədə iki partiya nümayəndəsi prezidentlik postu uğrunda mübarizəyə buraxılmışdı: "Bu ölkədə fəaliyyət göstərən hüquqşünaslar və siyasi ekspertlər seçicilərin qeydə alınması zamanı müşahidə olunan çatışmazlıqların və qanun pozuntularının artıq ənənə halını aldığını diqqətə çatdırırlar. Məhz sonuncu prezident seçkilərində də müşahidə olunan bu hal dünya mətbuatının diqqət mərkəzində olub.

Binəli Yıldırım: "Bütün prosedurlar hüquq çərçivəsində aparılır"

Belə ki, ABŞ mətbuatının yazdığına görə, hər beş nəfərdən bir amerikalının adının seçici siyahısına düşməməsi (təxminən seçicilərin 20 faizinin qeydə alınmaması), 25 milyona yaxın seçici barəsində məlumatların qeyri-dəqiqliyi, 3 milyona yaxın vətəndaşın eyni zamanda bir neçə ştatda qeydə alınması faktları ABŞ seçki mühitinin neqativ reallıqları sırasında yer alıb. Bu ölkə mətbuatının məlumatına görə, 2012-ci ildə keçirilmiş prezident seçkilərində səsvermə hüququna malik 26 milyon vətəndaş seçici kimi qeydə alınmayıb, 5,9 milyon vətəndaş cinayət törətməkdə ittiham olunduğundan səsvermə hüququndan məhrum edilib, 6 milyon vətəndaşın isə seçici siyahılarında adına rast gəlinməyib".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31