Elçin Hüseynbəyli yazır... Boz qarğalar, deyingən “kişilər” və varlı sürücü

Elçin Hüseynbəyli Boz qarğalar, deyingən “kişilər” və varlı sürücü Yaşadığım binayla üzbəüz bir yeni tikili, el diliylə desək, “novostroyka” var . Elə olur ki, səhərlər təzə hava almaq istəyəndə ona baxıram. Bir bloklu, yəni bir giriş və bir çıxışı olan binadır. Deyə bilərsiniz ki, no-olsun!? Məşhur tamaşadakı kimi.

Elçin Hüseynbəyli

Boz qarğalar, deyingən "kişilər" və varlı sürücü

Yaşadığım binayla üzbəüz bir yeni tikili, el diliylə desək, "novostroyka" var . Elə olur ki, səhərlər təzə hava almaq istəyəndə ona baxıram. Bir bloklu, yəni bir giriş və bir çıxışı olan binadır.

Deyə bilərsiniz ki, no-olsun!? Məşhur tamaşadakı kimi.

O olsun ki dostlar, həmin o bir giriş və çıxışı olan binanın pilllələrinin önündə bir "Rance Rovers" dayanır.

Tarix İnstitutunun hazırladığı “İrəvan xanlığı” kitabı ərəb dilində nəşr olunub

Maşın pillələrə elə yapışır ki, hamilə qadınlar, mənim kimi "balkonu" olan kişlər ordan zorla keçir.

Baxıram ki, bina sakinləri maşın sahibinin dalınca deyinirlər, maşını ordan çıxarmaq haqqında fikirləşirlər. Ətrafda dayanıb, əl-qollarını ölçə-ölçə danışırlar.

Həmin maşın sahibini mən də tanıyıram, dəfələrlə görmüşəm. Yeriyəndə cırıldayan adamlardandı, yekəxana addımları var. Təşər-təşər gəzir, istəyəndə hıqqanır, istəyəndə öskürür, ya hıçqırır, ayıb da olmasın hərdən gəyirir də.

Bu səhər də o binaya tərəf baxırdım. Xadimə qadın əlindəki vedrəni maşının böyründən zorla keçirdi. Həmən boş-bekar "kişilər" ona baxıb başlarını buladılar: tam narazıçılıq. Fikirləşdim ki, bəlkə binanın qabağında varlı və təşəxxüslü kişinin əleyhinə piketdən-zaddan keçirməyə hazırlaşırlar.

Ətrafda qarğalar uçuşur. Biz tərəflərdə onlara "palanlı qarğa" deyrilər, kitblarda isə boz qarğa. Qarğalardan biri "Rance Rovers"in banına qonur...

Birdən maşın sahibi çölə çıxır, pillələrlə maşına tərəf gəlir, həmən o deyingən kşilər, maşın sahibinin qabağına qaçır, onunla iki əlli görüşür, Biri maşının qapısını açır. Maşın sahibi ərinə-ərinə əlini cibinə atır və bir əskinas çıxarıb ona verir və başı ilə o birilərinə işarə edir, yəni gedin yeyib-için. Onlar da baş əyirlər. Bircə boz qarğanın vecinə deyil, maşının banında qarıldaya-qarıldaya gəzişir, sanki həmin adamlara nəsə deyir və maşının baınına qusa-qusa şellənir...

Maşın yola düşür, amma boz qarğanın yerə düşmək fikri yoxdur, maşının banında yellənə-yellənə gedir, sanki sevinir, bir azdan qanadlarını qaldırıb, yoldaşlarına tərəf uçur: qarrr...qarrr...

Yerdəki "kişilər" başlarını qaldırıb, həsədlə ona baxırlar...

Noyabrın birinci ongünlüyü, 2016

Bakı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31