Ermənistanla danışıqlar anlamsızdır
Separatçı rejimin “konstitusiyası”na nəzərdə tutulan dəyişikliklər bunu bir daha təsdiqləyir İşğalçı Ermənistan maksimum dərəcədə təxribat xarakterli addımlar atmaqla Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmağa, münaqişənin sülh yolu ilə həllini əngəllməyə çalışır.
7 Noyabr 2016 14:32 SiyasətSeparatçı rejimin "konstitusiyası"na nəzərdə tutulan dəyişikliklər bunu bir daha təsdiqləyir
İşğalçı Ermənistan maksimum dərəcədə təxribat xarakterli addımlar atmaqla Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmağa, münaqişənin sülh yolu ilə həllini əngəllməyə çalışır. Aprel döyüşlərindən keçən müddət ərzində işğalçı ölkənin prezidenti Serj Sərkisyanın bir neçə dəfə Azərbaycanın işğal altında olan ərazilərinə gəlməsi, Dağlıq Qarabağda keçirilən hərbi təlimlər, eləcə də Ermənistanın işğal atdiyi ərazilərin geri qaytarılmayacağı barədə verilən açıqlamaların hamısı ümumilikdə problemin həllinə əngəl olmağa hesablanıb. Bu günlərdə isə Ermənistan daha bir təxribat addımı ataraq işğal altında saxladığı Dağlıq Qarabağın adını dəyişib onu Artsax adlandırmağı nəzərdə tutur. Bu məqsədlə yaxın müddətdə separatçı rejimin konstitusiyasında dəyişiklik də ediləcək. Bəs görəsən, Ermənistanın bu təxribatçı addımına beynəlxalq səiyyədə reaksiya nədən ibarət olacaq? Və ya bununla Ermənistan Azərbaycana hansı mesajı verir?
Millət vəkili Sahib Alıyev deyir ki, bu Ermənistanın növbəti təxribatçı addımıdır: "Dağlıq Qarabağdakı cinayətkar və separatçı rejim üçün hazırlanan yeni "Konstitusiya"da bu bölgəni "Arsax Respublikası" adlandırmaq planlaşdırlır. Niyə məhz indi? Ermənilərin bu addımlarının arxasında nə və kim durur? Bunlar aydınlaşdırılmalıdr. Ancaq istənilən halda belə bir cəhddə bulunmaqla Ermənistandakı hərbi xunta növbəti dəfə təsdiqləyir ki, onlarla danışıqlar aparmaq anlamsızdır və problemin həlli üçün ancaq bir yol qalır-savaş". Millət vəkili bildirib ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövətlər Ermənistanın bu təxribatçı addımına seyrçi qalmamalı, kəskin bir dillə öz mövqelərini bildirməlidirlər: "Əks-təqdirdə onların "problemin savaş yolluyla həlli mümkünsüzdür" deməyə haqları yoxdur. Elə vasitəçilk etməyə də"
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə məsələyə başqa aspektdən yanaşıb: "Erməni separatçılarının "yeni Konstitusiyalarında" Dağlıq Qarabağ əvəzinə "Artsax Respublikası" ifadəsini salmalarından niyə bu qədər narahat oluruq ki? Guya buna qədər onlar "Atsax" ifadəsi işlətmirdilər və ya biz separatçıları, onların qondarma Konstutsiyalarını tanıyırıq ki, deyək, "yox əvvəlkitək Dağlıq Qarabağ ifadəsini işlədin". Biz Xankəndi, onlar Stepanakert deyirlər. Bu illərdir belədir. Yəni dəyişən bir şey yoxdur. Bizdən başqa beynəlxalq aləm də Dağlıq Qarabağ ifadəsi işlədir, xarici diplomatlardan heç biri hətta İrəvan və Xankəndində olanda da "Artsax" ifadəsi işlətmir. Yox əgər hansısa biri çaşsa, Dağlıq Qarabağ əvəzinə, separatçıların istəyi əsasında "Atsax" kəlməsini işlətməyə
başlasa, demək onunla ayrıca danışmalı olacağıq". Politoloq un sözlərinə görə, Azərbaycan prezidenti xarici müsahibələrinin hamısında deyir ki, Dağlıq Qarabağ ifadəsinin özü Azərbaycan kökənlidir və ermənilər köçəri xalq kimi tək elə bu səbəbdən onlara aid olmayan torpaqlara iddia edə bilməzlər: "Bu arqument Qərbdə qəbul olunduğundan separatçıları narazı salırdı. Ona görə bundan çıxış yolunu "ad dəyişdirməkdə" gördülər. Ancaq toplananların yerini dəyişəndə cəm dəyşimir".
Müstəqil ekspert Rövşən Məmmədi deyir ki, seperatçı ermənilər İrəvanın məsləhəti ilə "Dağlıq Qarabağ"ın "Konstitusiyası"nda onun adını dəyişib "Artsax Respublikası" qoymaları bizə o qədərdə gözlənilməyən olmamalıdır. Onun sözlərinə görə, Bu seperatçılar bizə hər cür xəyanəti ediblərsə, bunu da etmələrində qəribəlik axtarmamalıyıq: "Onlar onsuz da əvvəllər bu ərazilərə tez-tez Artsax deyirdilər. Biz isə bütün Qarabağ olaylarına ciddi diqqət yetirmədiyimiz kimi bunların Qarabağı bu adla adlandırmalarına da diqqət yetirmirdik. Əslində "Arsax" sözü də elə bizimdir."Ər saklar" sözündəndir. Sak böyük Türk tayfasının adıdır. Dağlıq Qarabağda bu tayfanın adı ilə çoxlu toponomiyalar var. Bizim Şəki şəhəri, eləcə də Qərbi Azərbaycanın Sisian bölgəsindəki Şəki qəsəbəsi də bu Türk tayfasının adını daşıyır. Türkiyədə böyük Sakariya vilayəti var. Seperatçılar bizim musiqilərimizdən özlərinə "himndə" qondarıblar. Bir azdan üçrəngli bayrağımızın bənzərini orada görsək heç də təəccüblənməyək. Onlar axı oğurluğu yaxşı bacarırlar". Rövşən Məmmədli deyib ki, ermənilər 200 ildir içimizdə yaşaya-yaşaya bizə qarşı minlərlə cinayətlər işlədib, xəyanətlər ediblər: "Ancaq bunlar bizə təsir etməyib, onlar tanıya bilməmişik. Yaxud tanımaq istəməmişik. Alçaq xislətli bu seperatçılar Dağlıq Qarabağın "yiyəsi" olmalarını dünyaya və bizə göstərmək üçün bu cür oyunlara gedirlər..Odur ki, biz bunu müzakirə etməkdənsə toparlanıb torpaqlarımızın hamısını geri qaytaraq və o torpaqların əsil yiyəsinin biz olduğumuzu onlara və dünyaya göstərək. Bax bu haqda ciddi düşünmək və gecikmədən əməli addımlar atmaq bu gün ən vacib məsələmizdir".
Süleyman