Gündəm
Son dəqiqə: Misirin sabiq prezidenti haqda edam qərarı LƏĞV EDİLDİ
Misirdə Apellyasiya Məhkəməsi 2011-ci ildə ölkənin sabiq prezidenti Mursi haqqında çıxarılan edam qərarını ləğv edib.
Bakının mərkəzində GÜLLƏLƏNMƏ: 6-cı qardaş da öldü - YENİLƏNİB
Dünən Bakının Yasamal rayonunda - Parlament prospekti 1 ünvanındakı 9 mərtəbəli binada 58 yaşlı Ziyafət Hüseynovun özünü güllələyərək öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Yaxınları lent.az-a bildiriblər ki, Z.Hüseynov xeyli vaxtdır, ürək xəstəliyindən əziyyət çəkirmiş. Daha əvvəl müxtəlif dövlət orqanlarında işləmiş şəxsin 2 övladı var. Onun qızı ailəlidir, oğlu isə nişanlıdır və bu yaxınlarda ailə həyatı quracaqmış.
İmişli rayonunun daha iki kəndinə təbii qaz verilib
Noyabrın 15-də İmişli rayonun Bəcirəvan və Ağcüyür kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Socar.gov.az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 483 abonenti olan Bəcirəvan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3950 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 42 700 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 483 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 43 abonenti olan Ağcüyür kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2355 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 43 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Qeyd olunmuşdur ki, hazırda İmişli rayonunun daha 8 kəndində (Qaravəlili, Mirili, Çahar, Gövhərli, Qaradonlu, Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikinti başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilməsi təmin ediləcək.
Azərbaycan nümayəndə heyəti Qərbi Afrika ölkələrində səfərdədir
Azərbaycan Respublikası energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Burkina Faso və Benin Respublikası hökumətlərinin dəvəti ilə bu ölkələrdə rəsmi səfərdədir. “Olaylar” Socae.gov.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanla adı çəkilən Qərbi Afrika ölkələrinin yanacaq-enerji kompleksləri arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı iqtisadı əməkdaşlığın təmin edilməsi məsələləri müzakirə olunur.
BANM-də “Tolerantlıq Günü” keçirilib
Bakı Ali Neft Məktəbində “16 noyabr-Beynəlxalq Tolerantlıq Günü” ilə bağlı dəyirmi masa keçirilib.
Baş redaktor 200 manat alarkən tutulub
Noyabrın 13-də Biləsuvar rayonunun Bəydili kənd sakini Leyli Xudaverdiyeva RPŞ-yə müraciət edərək həmin gün "Tərəqqi TV" informasiya agentliyinin baş redaktoru Aygün Həsənovanın, redaktor müavini Nahid Babayevin və müxbir Elmir Əsgərovun Xırmandalı kəndində ona məxsus yeməkxanaya gəldiklərini, obyektdə əxlaqsızlıq yuvasının olduğunu iddia edərək bununla bağlı videoçəkiliş apardıqlarını və görüntünü sosial şəbəkədə yayacaqları ilə hədələyərək ondan 500 manat pul tələb etdiklərini bildirib.
Ruhi xəstədən sui-istifadə edərək videogörüntü çəkib sosial şəbəkəyə yerləşdirdi
Noyabrın 12-də Lerik şəhər sakini Sənay Nəhmətova RPŞ-yə müraciət edərək işlədiyi uşaq bağçasında tərbiyə alan 4 yaşlı Xədicə Əzizovanın qulağından aldığı xəsarətlə bağlı uşağın atası Kamal tərəfindən əsassız günahlandırılmasını, bununla əlaqədar noyabrın 11-də sonuncu şəxs tərəfindən sosial şəbəkəyə videogörüntü yerləşdirildiyini bildirib. DİN-dən verilən məlumata görə, Lerik RPŞ tərəfindən aparılmış araşdırmalar zamanı Xədicənin 2015-ci ilin sentyabr ayında yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alması, qonşuları Eldəniz Quliyevin isə cari il noyabrın 11-də Kamalın ruhi xəstə olmasından istifadə edərək ona pul verəcəyini vəd etməklə S.Nəhmətovaya şər atması ilə bağlı sözügedən videogörüntünü çəkib sosial şəbəkəyə yerləşdirməsi müəyyən edilib. Araşdırma aparılır.
Şəkidə sürücülük vəsiqələri dəyişdirilib
Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin Səyyar Xidmət Qrupu kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və dövlət qeydiyyatına alınmayan kənd təsərrüfatı texnikalarını qeydiyyata alınması kampaniyasını Şəki rayonunda davam etdirib. Nazirlikdən verilən məlumata görə, kampaniya respublikanın bu bölgəsinin 5 rayonunu (Şəki, Oğuz, Qax, Zaqatala, Balakən) əhatə edib. Həmin gün 149 nəfərin müddəti keçmiş və ya yararsız vəziyyətdə olan sürücülük vəsiqələri dəyişdirilmiş, 1 nəfər imtahan verərək yeni sürücülük vəsiqəsi alıb və 45 ədəd dövlət qeydiyyatına alınmayan kənd təsərrüfatı texnikası qeydiyyata alınıb. Kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və texnikaların dövlət qeydiyyatına alınması kampaniyası respublikanın digər rayonlarında da müntəzəm olaraq davam etdiriləcək.
Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib
"Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair təlimlər davam etdirilir. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə növbəti belə tədbir noyabrın 15-də keçirilib.
Komitə sədri İranın səfiri ilə görüş keçirib
15 noyabr 2016-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Cavad Cahangirzadəni qəbul edib.
Şəmkirdə bələdiyyələrlə bağlı konfrans keçiriləcək
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və komitənin üzvləri Azər Badamov, Malik Həsənov, Kamran Bayramov, Rüstəm Xəlilov, Cavid Osmanov, Tahir Rzayev Şəmkir rayonuna səfər ediblər. Nilli Məclisdən verilən məlumata görə, deputatlarımız bu rayonda “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər. Parlamentarilər tədbirdə bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsindən söz açacaq, vətəndaşların yerli özünüidarəetmə qurumlarına etimadının artırılması ilə bağlı tövsiyələrini verəcək, nümunəvi bələdiyyələrin fəaliyyətindən danışacaqlar. Səfər noyabrın 16-da başa çatacaq.
Oqtay Əsədov Polşa səfirini qəbul edib
Milli Məclisin Sədri Oqtay Əsədov Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Marek Tsalkanı qəbul edib. Sədr qeyd edib ki, Azərbaycan-Polşa münasibətləri böyük tarixə malikdir və iki dövlət arasında əməkdaşlıq əlaqələrinin yüksək inkişaf səviyyəsinə çatmasından məmnunluq duyuruq. Bu günədək Azərbaycanla Polşa arasında 40 hüquqi sənəd imzalanmış, 10 sənəd isə baxılmaqdadır. Azərbaycan Polşa ilə təkcə siyasi deyil, iqtisadi sahədə də əlaqələrin davamlı inkişafında maraqlıdır. Bu baxımdan Azərbaycan-Polşa Hökumətlərarası İqtisadi Komissiyasının fəaliyyətini vurğulamaq yerinə düşərdi.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA məhv edilib
Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində uçuş həyata keçirməyə cəhd edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən pilorsuz uçuş aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
Haaqa tribunalı Rusiyanı “işğalçı” adlandırdı
Haaqa Beynəlxalq Tribunalı Krımın zəbt edilməsini beynəlxalq hərbi münaqişə ilə bərabərləşdirib.
Rusiya Azərbaycanla sərnişin və yük daşımalarının artırılmasında maraqlıdır
"Rusiya və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq mövcud müqavilələr və razılaşmalar əsasında həyata keçirilir. Hal-hazırda iki ölkənin nəqliyyat qurumları ölkələrimizin avtomobil nəqliyyatında ikitərəfli və tranzit sərnişin və yük daşımaları üzrə tələbatını tam həcmdə təmin edir". Bunu APA-nın Moskva müxbirinə Rusiyanın nəqliyyat naziri Maksim Sokolov bildirib.














