İmişli rayonunun daha iki kəndinə təbii qaz verilib
Noyabrın 15-də İmişli rayonun Bəcirəvan və Ağcüyür kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Socar.gov.az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 483 abonenti olan Bəcirəvan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3950 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 42 700 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 483 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 43 abonenti olan Ağcüyür kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2355 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 43 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Qeyd olunmuşdur ki, hazırda İmişli rayonunun daha 8 kəndində (Qaravəlili, Mirili, Çahar, Gövhərli, Qaradonlu, Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikinti başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilməsi təmin ediləcək.
15 Noyabr 2016 16:09 SosialNoyabrın 15-də İmişli rayonun Bəcirəvan və Ağcüyür kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Socar.gov.az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 483 abonenti olan Bəcirəvan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3950 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 42 700 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 483 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 43 abonenti olan Ağcüyür kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2355 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 43 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Qeyd olunmuşdur ki, hazırda İmişli rayonunun daha 8 kəndində (Qaravəlili, Mirili, Çahar, Gövhərli, Qaradonlu, Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikinti başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilməsi təmin ediləcək.