Gündəm
Universitetdə kütləvi həbslər
Türkiyə polisi FETÖ terror qruplaşmasının tərəfdarlarının fəaliyyətinin istintaqı çərçivəsində növbəti əməliyyat keçirib.
"Rusiyanı 3 mürəkkəb il gözləyir"
Yaxın 3 ildə daxili və xarici şərtlər Rusiya iqtisadiyyatı üçün mürəkkəb qalmaqda davam edəcək.
Mingəçevirdə könüllülərə ehtiyac var
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Gənclər Evinin təşkilatı dəstəyi ilə “Regionlarda sosial problemlərin həllində könüllülük işinin gücləndirilməsi” adlı layihənin təlimlərinə start verilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi könüllülük ideyasının gənclər arasında təşviq etmək, könüllülərin formalaşdırılması, icma-könüllü əməkdaşlığının qurulmasıdı.
Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri davam edir
Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində "Həyəcan" siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlarına çıxarılıb və hərtərəfli təminatla təmin edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə və hissələrinin döyüş əməliyyatı rayonlarında peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə təlimlər keçirilir. Döyüşdə tibb təminatının yüksək səviyyədə təşkili üçün tibb bölmələri səhra şəraitində açılaraq müvafiq tapşırıqları yerinə yetirməyə hazırdır.
Uzun müddət ayaq üstə işləyənləri gözləyən TƏHLÜKƏ
Müəllim, mühafizəçi, ofisiant və bir çox peşə sahibləri gün boyu uzun müddət ayaq üstə qalırlar. Bu isə onları bəzi sağlamlıq problemləri ilə qarşı-qarşıya qoyur. Onları ən çox narahat edən ilk növbədə ayaq problemləri olur. Gün ərzində daim ayaq üstə işləyən insanların rastlaşdığı narahatlıqlar arasında ortopedik və dermatoloji problemlər əsas yer tutur. Aile.lent.az ayaq üstə işləyən insanları gözləyən təhlükə və bundan çıxış yolu haqqında türkiyəli mütəxəssis Hicran Ercanın fikirlərini təqdim edir.
Bolqarıstanda yeni filial
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və həmin ölkədəki Mediatorların Professional Assosiasiyasının sədri, tanınmış hüquqşünas Eliza Nikolova ilə görüş keçirilib.
Millət vəkilindən təklif
“Hakimlərin sayı və maaşları artırılsın” "Bu yaxınlarda bir məhkəmə sədri ilə söhbət etdim. O mənə dedi ki, təkcə noyabr ayında məhkəməyə 17 min mülki xarakterli iş daxil olub. Biz əgər bunu günlər üzrə hesablasaq, bir hakimin üzərinə bir günə minimum 9 iş düşür”.
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub
Müdafiə Nazirliyinin rəhbərliyi irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.
Məhşur müğənnilər avtomobildə təhlükəli şou göstərdilər – BİABIRÇI VİDEO
Müğənni Təranə Qumral İnstagram səhifəsində paylaşdığı video ilə həm özünü, həm də həyat yoldaşı, müğənni Musa Musayevi bibabır edib.
Polkovnik Ramaldanov: Sonra deməsinlər ki, niyə belə oldu...
Son zamanlar ali baş komandan İlham Əliyevin leksikonunda müəyyən dəyişikliklər var. Belə ki, onun düşmənə ünvanladığı ismarıclarının sayı çoxalır, onların arasındakı vaxt intervalı isə azalır. Ermənistana ünvanlanan əsas ismarıc isə budur ki, əgər siz işğal etdiyiniz torpaqlardan öz xoşunuzla çıxmasanız, biz məcbur olacağıq ki, sizi oradan silah gücünə qovaq. Özü də bu ismarıclar təkcə Ermənistan rəhbərliyinə yox, erməni xalqına, erməni analarına da ünvanlanıb. Yəni oğullarınızın ölümünü istəmirsizsə, işğal olunmuş torpaqlara göndərməyin. Xatırlayırsızsa, prezident demişdi ki, axı erməni əsgərinin Azərbaycan ərazisində nə işi var ki, gəlib burada həlak olsun?!
"Telekanallarda sosial problemli insanların üzərində şou yaratmaq halları var"
Olaylar.az Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsini təqdim edir. - Nuşirəvan müəllim, bu gün Azərbaycan efir məkanındakı vəziyyəti necə xarakterizə edərdiniz? Efirdə neqativ hallar azalıb, ya artıb?
İstinad divarı uçan məktəbdə uçqun təhlükəsi varmı? - RƏSMİ CAVAB
"Binəqədi rayonunda 205 saylı orta məktəbin həyətində istinad divarının uçmasından sonra uçqun prosesi məktəb binasına doğru irəliləməyib və təhsil müəssisəsi ilə bağlı hər hansı problem yaranmayıb".
Ekspert: "ABŞ "Cənub Qaz Dəhlizi"ni dəstəkləməkdə davam edəcək"
"Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Vaşinqtonun "Cənub Qaz Dəhlizi" layihəsi üzrə mövqeyində əsaslı dəyişiklik olmayacaq".
Binəqədidə yanan binanı üzləyən şirkətin direktor müavini: “Hadisədən əvvəl şirkətə MTN əməkdaşları gəlmişdi”- YENİLƏNİB-1
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Bəzi qüvvələr ölkəmizin daxili işinə qarışırlar
Hazırda Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilməkdədir. Artıq bölgədə Azərbaycanın razılığı olmadan hər hansı irimiqyaslı layihələrin reallaşdırılması qeyri-mümkündür.














