Ekspert: "ABŞ "Cənub Qaz Dəhlizi"ni dəstəkləməkdə davam edəcək"

"Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Vaşinqtonun "Cənub Qaz Dəhlizi" layihəsi üzrə mövqeyində əsaslı dəyişiklik olmayacaq".

"Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Vaşinqtonun "Cənub Qaz Dəhlizi" layihəsi üzrə mövqeyində əsaslı dəyişiklik olmayacaq".

Olaylar.az bildirir ki, bunu Trend-ə Ukraynanın Enerji Strategiyaları Fondunun həmsədri Dmitri Maruniç deyib.

Ekspertin sözlərinə görə, çox şey yeni prezident administrasiyasında müvafiq postların sahiblərinin kimliyindən asılı olacaq.

O bildirib ki, Vaşinqton Rusiya layihələri ilə rəqabət aparan qaz nəqli marşrutlarını dəstəkləməkdə davam edəcək: "İstisna olunmur ki, ABŞ tərəfindən bu kimi layihələrin dəstəklənməsi Vaşinqtonla Moskva arasında bir çox məsələlərlə bağlı ticarət mövzusu ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31