Azərbaycan nümayəndə heyəti Qərbi Afrika ölkələrində səfərdədir 

Azərbaycan Respublikası energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Burkina Faso və Benin Respublikası hökumətlərinin dəvəti ilə bu ölkələrdə rəsmi səfərdədir. “Olaylar” Socae.gov.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanla adı çəkilən Qərbi Afrika ölkələrinin yanacaq-enerji kompleksləri arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı iqtisadı əməkdaşlığın təmin edilməsi məsələləri müzakirə olunur.

Azərbaycan Respublikası energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Burkina Faso və Benin Respublikası hökumətlərinin dəvəti ilə bu ölkələrdə rəsmi səfərdədir. "Olaylar" Socae.gov.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanla adı çəkilən Qərbi Afrika ölkələrinin yanacaq-enerji kompleksləri arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı iqtisadı əməkdaşlığın təmin edilməsi məsələləri müzakirə olunur. SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, "Azərikimya" İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, "SOCAR Trading" şirkətinin baş icraçı direktoru Arzu Əzimovun daxil olduğu nümayəndə heyəti Burkina Fasonun Prezidenti Roch Marc Christian Kabore tərəfindən qəbul edilmişdir. Xarici işlər və energetika nazirlərinin də iştirak etdiyi görüşdə ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində olmuş və səfərin bu sahədə mühüm rol oynadığı vurğulanmışdır. Noyabrın 14-də Baş nazir Paul Kaba Thieba ilə keçirilən görüşdə SOCAR və Burkina Fasonun SONABHY dövlət neft şirkəti arasında əməkdaşlığa dair konkret layihələr, bu ölkəyə neft məhsullarının tədarükü, qonşu Benin Respublikasının Kotonu limanında SOCAR tərəfindən terminalın inşası və bir sıra infrastruktur layihələri müzakirə olunmuşdur. Müzakirələrdə "SOCAR Trading" şirkətinin rəhbər şəxslərindən Jean-François Piacentini və Alexandre Asso da iştirak etmişlər. Nümayəndə heyətinin Benin Respublikasının Kotonu şəhərində energetika, su ehtiyatları və mədən sənayesi naziri, maliyyə naziri, xarici işlər naziri və Beninin SONACOP dövlət neft şirkətinin rəhbər şəxsləri ilə işgüzar görüşləri planlaşdırılır. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə Qərbi Afrika bazarlarına neft və neft məhsulları təchizatının artırılması və digər enerji layihələrinin həyata keçirilməsi, bu regionda Azərbaycanın siyasi nüfuzunun və SOCAR-ın kommersiya fəallığının artırılması üçün geniş perspektivlərin olması yekdil şəkildə vurğulanır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31