Oqtay Əsədov Polşa səfirini qəbul edib
Milli Məclisin Sədri Oqtay Əsədov Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Marek Tsalkanı qəbul edib. Sədr qeyd edib ki, Azərbaycan-Polşa münasibətləri böyük tarixə malikdir və iki dövlət arasında əməkdaşlıq əlaqələrinin yüksək inkişaf səviyyəsinə çatmasından məmnunluq duyuruq. Bu günədək Azərbaycanla Polşa arasında 40 hüquqi sənəd imzalanmış, 10 sənəd isə baxılmaqdadır. Azərbaycan Polşa ilə təkcə siyasi deyil, iqtisadi sahədə də əlaqələrin davamlı inkişafında maraqlıdır. Bu baxımdan Azərbaycan-Polşa Hökumətlərarası İqtisadi Komissiyasının fəaliyyətini vurğulamaq yerinə düşərdi.
15 Noyabr 2016 15:44 SosialMilli Məclisin Sədri Oqtay Əsədov Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Marek Tsalkanı qəbul edib. Sədr qeyd edib ki, Azərbaycan-Polşa münasibətləri böyük tarixə malikdir və iki dövlət arasında əməkdaşlıq əlaqələrinin yüksək inkişaf səviyyəsinə çatmasından məmnunluq duyuruq. Bu günədək Azərbaycanla Polşa arasında 40 hüquqi sənəd imzalanmış, 10 sənəd isə baxılmaqdadır. Azərbaycan Polşa ilə təkcə siyasi deyil, iqtisadi sahədə də əlaqələrin davamlı inkişafında maraqlıdır. Bu baxımdan Azərbaycan-Polşa Hökumətlərarası İqtisadi Komissiyasının fəaliyyətini vurğulamaq yerinə düşərdi.
Spiker 2007 və 2008-ci illərdə Polşaya səfərlərini xatırladıb. Bildirib ki, Polşa Parlamenti Senatının sədri Boqdan Boruseviç də müxtəlif vaxtlarda Azərbaycana səfər etmişdir. Sədr dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu yüksək qiymətləndirərək diqqətə çatdırıb ki, Azərbaycan Polşa ilə münasibətləri bütün sahələrdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində inkişaf etdirmək əzmindədir. Təqdirəlayiq haldır ki, hər iki ölkənin parlamentlərində qarşılıqlı işçi qrupları fəaliyyət göstərir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edirlər.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Polşanın ölkəmizdəki səfiri Marek Tsalka yeni vəzifədə ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi üçün səylə çalışacağını bildirib. Qeyd edib ki, Polşa Azərbaycana dost ölkədir və müxtəlif sahələrdə əlaqələrimizin daha da möhkəmlənməsi xalqlarımızın ümumi maraqlarına xidmət edir: " Bu baxımdan parlamentlərin də üzərinə böyük vəzifə düşür və biz parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini çox əhəmiyyətli hesab edirik".