Bakının mərkəzində GÜLLƏLƏNMƏ: 6-cı qardaş da öldü - YENİLƏNİB

Dünən Bakının Yasamal rayonunda - Parlament prospekti 1 ünvanındakı 9 mərtəbəli binada 58 yaşlı Ziyafət Hüseynovun özünü güllələyərək öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Yaxınları lent.az-a bildiriblər ki, Z.Hüseynov xeyli vaxtdır, ürək xəstəliyindən əziyyət çəkirmiş. Daha əvvəl müxtəlif dövlət orqanlarında işləmiş şəxsin 2 övladı var. Onun qızı ailəlidir, oğlu isə nişanlıdır və bu yaxınlarda ailə həyatı quracaqmış.

Bildirilir ki, Z.Hüseynov çoxuşaqlı ailədə doğulub. 7 qardaşdan biri olan Z.Hüseynovun daha əvvəl 5 qardaşı vəfat edib.  

O da bildirilir ki, Z.Hüseynovun atası sovet illərində daxili işlər və xüsusi xidmət orqanlarında bir sıra vəzifələri tutub.
 
Ölüm faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

Bakıda intihar hadisəsi baş verib.

Olaylar.az bildirir ki, Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün rayonun Parlament prospekti 1, mənzil 40 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Ziyafət Paşa oğlu Hüseynov həmin ünvanda ov tüfəngindən atəş açaraq özünü öldürüb.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31