Şəmkirdə bələdiyyələrlə bağlı konfrans keçiriləcək
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və komitənin üzvləri Azər Badamov, Malik Həsənov, Kamran Bayramov, Rüstəm Xəlilov, Cavid Osmanov, Tahir Rzayev Şəmkir rayonuna səfər ediblər. Nilli Məclisdən verilən məlumata görə, deputatlarımız bu rayonda “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər. Parlamentarilər tədbirdə bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsindən söz açacaq, vətəndaşların yerli özünüidarəetmə qurumlarına etimadının artırılması ilə bağlı tövsiyələrini verəcək, nümunəvi bələdiyyələrin fəaliyyətindən danışacaqlar. Səfər noyabrın 16-da başa çatacaq.
15 Noyabr 2016 15:46 SosialMilli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və komitənin üzvləri Azər Badamov, Malik Həsənov, Kamran Bayramov, Rüstəm Xəlilov, Cavid Osmanov, Tahir Rzayev Şəmkir rayonuna səfər ediblər. Nilli Məclisdən verilən məlumata görə, deputatlarımız bu rayonda "Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri" mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər. Parlamentarilər tədbirdə bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsindən söz açacaq, vətəndaşların yerli özünüidarəetmə qurumlarına etimadının artırılması ilə bağlı tövsiyələrini verəcək, nümunəvi bələdiyyələrin fəaliyyətindən danışacaqlar. Səfər noyabrın 16-da başa çatacaq.