Şəkidə sürücülük vəsiqələri dəyişdirilib
Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin Səyyar Xidmət Qrupu kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və dövlət qeydiyyatına alınmayan kənd təsərrüfatı texnikalarını qeydiyyata alınması kampaniyasını Şəki rayonunda davam etdirib. Nazirlikdən verilən məlumata görə, kampaniya respublikanın bu bölgəsinin 5 rayonunu (Şəki, Oğuz, Qax, Zaqatala, Balakən) əhatə edib. Həmin gün 149 nəfərin müddəti keçmiş və ya yararsız vəziyyətdə olan sürücülük vəsiqələri dəyişdirilmiş, 1 nəfər imtahan verərək yeni sürücülük vəsiqəsi alıb və 45 ədəd dövlət qeydiyyatına alınmayan kənd təsərrüfatı texnikası qeydiyyata alınıb. Kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və texnikaların dövlət qeydiyyatına alınması kampaniyası respublikanın digər rayonlarında da müntəzəm olaraq davam etdiriləcək.
15 Noyabr 2016 15:51 SosialKənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin Səyyar Xidmət Qrupu kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və dövlət qeydiyyatına alınmayan kənd təsərrüfatı texnikalarını qeydiyyata alınması kampaniyasını Şəki rayonunda davam etdirib. Nazirlikdən verilən məlumata görə, kampaniya respublikanın bu bölgəsinin 5 rayonunu (Şəki, Oğuz, Qax, Zaqatala, Balakən) əhatə edib. Həmin gün 149 nəfərin müddəti keçmiş və ya yararsız vəziyyətdə olan sürücülük vəsiqələri dəyişdirilmiş, 1 nəfər imtahan verərək yeni sürücülük vəsiqəsi alıb və 45 ədəd dövlət qeydiyyatına alınmayan kənd təsərrüfatı texnikası qeydiyyata alınıb. Kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və texnikaların dövlət qeydiyyatına alınması kampaniyası respublikanın digər rayonlarında da müntəzəm olaraq davam etdiriləcək.