BANM-də “Tolerantlıq Günü” keçirilib
Bakı Ali Neft Məktəbində “16 noyabr-Beynəlxalq Tolerantlıq Günü” ilə bağlı dəyirmi masa keçirilib.
15 Noyabr 2016 16:01 SosialBakı Ali Neft Məktəbində "16 noyabr-Beynəlxalq Tolerantlıq Günü" ilə bağlı dəyirmi masa keçirilib. "Olaylar" xəbər verir ki, BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan olunduğunu qeyd edib, respublikamızda bu sahədə dünya ölkələrinə nümunə olacaq bir siyasət həyata keçirildiyini bildirib. BANM-in Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev, İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev və Kəmalə Mehdiyeva çıxış edərək Azərbaycanın tolerantlıq ənənələrindən danışıb, ölkəmizdə insanlara dininə, irqinə, milliyətinə görə heç bir fərq qoyulmadığını vurğulayıb. Bildirib ki, tolerantlıq Azərbaycanın görkəmli şair və mütəfəkkirlərinin yaradıcılığında da tərənnüm olunub. Tədbirdə BANM-də təhsil alan xarici ölkə vətəndaşları Azərbaycanda olan tolerant mühiti yüksək qiymətləndirmiş və gələcək karyeralarını burda qurmağı planlaşdırdıqlarını vurğulanıb.