Gündəm
Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib
Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən “Bakılı”klubunda bu ölkədəki Azərbaycan diaspor rəhbərləri və fəallarının görüşü keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, görüşün məqsədi noyabr ayına təsadüf edən Azərbaycanın dövlət bayramlarını, eləcə də müstəqilliyimizin 25-ci ildönümünü qeyd etməkdir.
“Sözün ölçüsü və çəkisi” adlı yeni kitabı işıq üzü görüb
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru, şairə-publisist Nəcibə İlkinin “Sözün ölçüsü və çəkisi” (fikirlər və rəylər) adlı yeni kitabı işıq üzü görüb.
“Qərib ruhların nəğməsi” adlı yeni şeirlər kitabı işıq üzü görüb
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Odayın “Qərib ruhların nəğməsi” adlı şeirlər kitabı 2016-cı ildə republikanın paytaxtı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 192 səhifə həcmində 600 tirajla işıq üzü görüb.Kitabın redaktoru və ön sözün müəllifi Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, respublikanın Əməkdar jurnalisti, şair-publisist Avtandil Ağbabadır.
Prezident cavabı ilə KİV rəhbərlərini razı saldı
“Düşünürəm ki, cənab Prezidenti İlham Əliyevin məhz dünyanın aparıcı Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbərləri ilə görüşündə Associated Press agentliyinin vitse-prezidenti Con Danişevskiyə cavabının özü çox müsbət və təqdirəlayiq bir haldır”. Bunu SİA-ya Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.
Gənclərin vətənpərvər ruhda böyüməsinə müsbət təsir edən amillər
Hər bir xalqın gələcəyi onun yetişməkdə olan gənclərindən asılıdır. Bu səbəbdən gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən hesab olunur. Sevindirici haldır ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində təkcə bu sahəyə cavabdeh olan müvafiq dövlət qurumları deyil, eləcə də yerli icra hakimiyyətləri xüsusi diqqət ayırırlar. Bu mənada Lerik Rayon İcra Hakimiyyətinin gördüyü işlər də xüsusi əhəmiyyət daşıyır. Rayonda torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarımızın ruhuna göstərilən yüksək etimad, onların adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər lerikli gənclərin vətənpərvərlik hisslərinin artırılmasına müsbət təsir göstərən amillərdəndir. Belə tədbirlərdən biri bir müddət əvvəl Müdafiə Nazirliyi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Bəzi orta məktəblər əxlaqsızlıq yuvasına çevrilib
Gənc nəslə əxlaq aşılayan müəllimlər əxlaqsızlıq nümunəsinə çevriliblər Cəmiyyətdə baş verən iyrənc olaylar artıq orta məktəblərə sirayət edib. Bu vaxta qədər ölkənin ayrı-ayrı bölgələrində qardaşın bacını, atanın qızını, qayının qardaşı arvadını zorlaması barədə çoxsaylı məlumatlar eşitmişdik. İndi isə orta məktəblərdə direktorun müəlliməyə, müəllimin şagirdə, şagirdlərin bir-birinə təcavüz etmələri barədə xəbərlər eşitmək zorunda qalmışıq. Deyəsən mənəviyyatımıza qarşı edilən xarici təcavüz, mənəvi dəyərlərin korlanmasına yönələn yad ideologiyalar öz nəticəsini verməkdədir. Artıq məktəblərdə nələr baş vermir.
Manat öz dəyərini almalıdır
Ekspert: “Manatın məzənnəsini süni yolla saxlamaq sonradan çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər” Dünya iqtisadiyyatında baş verən iqtisadi böhran Azərbaycana da təsirsiz ötüşmədi. Beynəlxalq aləmlə sıx iqtisadi və ticari əlaqədə olan ölkəmizin milli valyutasında devalvasiyası baş vedi. Artıq xeyli müddətdir ki, manat ətrafında baş verən sürüşmələr ölkə vətəndaşlarını düşündürməkdədir.
Dini radikalizmin xüsusi, etnik və siyasi tipləri...
Dünyada dini radikalizmin müxtəlif tipləri var ki, onlar öz prinsiplərini diktə etmək niyyətindən əl çəkmirlər. Müxtəlif mərkəzlərdən idarə olunan həmin qanadlar ideyalarını nəinki öz ölkələrində tətbiq etmək, həmçinin xaricə idxal etməkdən belə çəkinmirlər. “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev deyir ki, belə qanadlardan biri xüsusi dini radikalizmdir ki, bu kiçik lokal qruplarda özünü göstərir. Dini lider ətrafında pərəstiş ideologiyasını inkişaf etdirmək, məqsədlərinə çatmaq və sosial-dini layihələrin həyata keçirilməsi üçün tədbirlər görülür.
Əlillərin işə götürülməsindən niyə imtina edilir?
Onlar üçün nəzərdə tutulan kvota kağız üzərində qalıb Ölkə qanunvericiliyində müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlarin işləməsi üçün müəssisələrdə kvota müəyyən edilib. Hətta əlillər üçün nəzərdə tutulan kvotanı həyata keçirməyən müəssisə rəhbəri üçün cərimələr və sanksiyalar da mövcuddur. Belə ki, müəssisələrdə əlillər üçün iş uyğunlaşdırılmayıbsa, onlar cərimə ödəməlidirlər. Ancaq iş yerlərində nə uyğunlaşdırmalar aparılır, nə cərimələr ödənilir. Lakin qaçılmaz reallıqdır ki, əgər müəssisə cərimə olunsa, onun rəhbəri əlili işə götürməkdə maraqlı olacaq. Çünki müəyyən edilən cərimə əlilin orada işləməsindən alınacaq əməkhaqqıdan qat-qat yüksəkdir.
Regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçiriləcək - QRAFİK
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-nın Aparatının rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, iclasda rəqəmli yayıma keçidlə bağlı vəziyyət müzakirə olunub. Əhalinin rahatlığının təmin edilməsi, analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması işinin asanlaşdırılması məqsədilə respublikanın regionlarında analoq yayımın mərhələli şəkildə dayandırılması məqsədəmüvafiq hesab edilmiş və Milli Televiziya və Radio Şurasının 27 sentyabr 10 saylı qərarında dəyişiklik edilib.
Türkiyə Rusiyadan "C-400" raketləri alır
Türkiyə orta və uzaq mənzilli "C-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə danışıqlar aparır. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşıq deyib. Nazirin sözlərinə görə, danışıqlar hazırda yalnız Rusiya ilə deyil, digər ölkələrlə də aparılır:
Analoq yayımın dayandırılmasından sonra əsas problem...
Bakı və Abşeron ərazisində analoq televiziya yayımının dayandırılmasından 18 gün ötməsinə baxmayaraq əhalidən müraciətlər gəlməkdə davam edir.
Şəkidə 3 otaqlı ev yanıb
Şəki rayonunda vətəndaşa məxsus evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 72 m² olan bir mərtəbəli 3 otaqlı evin dəhlizinin tavanı 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakıda beşmərtəbəli binada yanğın olub
Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 55 m2 olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd aspirator və mətbəx mebeli qismən yanıb. Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 12 m2 sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.
“Əmək pensiyaları haqqında” qanun dəyişdirilir
"Prezidentin təsdiq etdiyi pensiya islahatları konsepsiyasına uyğun olaraq əmək pensiyaları qanununa dəyişikliklər edilməsi üzərində iş gedir”. Bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.














