Türkiyə Rusiyadan "C-400" raketləri alır

Türkiyə orta və uzaq mənzilli "C-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə danışıqlar aparır. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşıq deyib. Nazirin sözlərinə görə, danışıqlar hazırda yalnız Rusiya ilə deyil, digər ölkələrlə də aparılır: 

Türkiyə orta və uzaq mənzilli "C-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə danışıqlar aparır.

Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşıq deyib. Nazirin sözlərinə görə, danışıqlar hazırda yalnız Rusiya ilə deyil, digər ölkələrlə də aparılır: 

"Rusiyanın bu məsələ ilə bağlı mövqeyi müsbətdir. Ümid edirəm ki, NATO-ya üzv ölkələr buna ciddi yanaşacaqlar və bizim sistem alyansın tələblərinə uyğun olacaq. Yekun hədəfimiz bu sistemi ölkəmizdə istehsal etməkdir".

Qeyd edək ki, Türkiyə hələ 2009-cu ildə bu raket komplesklərini Rusiyadan almaq istəyib. Lakin danışıqlar uğursuzluqla yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31