Gündəm
Sumqayıt sakini həmyerlisini bıçaqlayıb
Noyabrın 17-də paytaxtın Yasamal rayonu ərazisində Sumqayıt şəhər sakini Rövşən İbadov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. DİN-dən verilən məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Elşən Nuriyev tutulub.
Ağstafada qətl törədənlər Bakıda saxlanıb
Noyabrın 13-də Ağstafa şəhəri ərazisindən Bakı şəhər sakini Tural Hacıyevin üzərində zorakılıq əlamətləri (küt alətlə yetirilmə xarakterli) olan meyiti Ağstafa şəhər sakini Samir Əliyevə məxsus "VAZ-2106" markalı avtomobildə xəstəxanaya gətirilib. DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağstafa şəhər sakinləri Samir Əliyev və Fərid Əliyev paytaxtın Sabunçu rayonu ərazisində tutulub.
FED rəsmisi: "Dekabrda uçot dərəcəsi artırılmalıdır"
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) dekabrın 13-14-də baş tutacağı növbəti iclasında uçot dərəcəsinin artırılmasının tərəfdarıyam. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Seynt Luis ştatının Federal Ehtiyyat Bankının prezidenti Ceyms Bullard bildirib.
İşçilərin tikintidə hündürlükdə işləməsinə xüsusi prosedur və vəsiqə əsasında icazə veriləcək
Fövqəladə Hallar Nazirliyi“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nı təsdiq edib. APA-nın məlumatına görə, bu Qaydaların tələbləri hündürlükdə görülən bütün işlərə, bu işləri həyata keçirən işçilərə, həmçinin həmin işçilərlə əmək münasibətlərinə girmiş təşkilat-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və fiziki şəxslərə şamil edilir.
Bakıda yeni binaların əksəriyyəti özəl sərmayə hesabına tikilib, onlar boş ola bilməz
“Bakıda gördüyünüz yeni binaların əksəriyyəti özəl sərmayə hesabına tikilib. Buna görə onlar boş ola bilməz”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevDünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüşü zamanı Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçevin “Cənab Prezident, keçən il ilk Avropa Oyunlarından əvvəl Bakıda olmuşam. Bir saat bundan əvvəl yola çıxanda çoxlu binalar gördük. Lakin onlar indi boşdur. Bakıda gələcəkdə bu böyük idman infrastrukturu ilə nə baş verəcək?” sualını cavablandırarkən deyib.
Poroşenkonun ABŞ-a səfəri və Trampa görüşü planlaşdırılır
ABŞ-ın səlahiyyət müddəti başa çatmaqda olan vitse-prezidentiCozef Bayden ilin sonuna qədər Ukraynaya səfər edəcək.
Büdcədən təhsilə nə qədər pul ayrılıb?
Gələn ilin dövlət büdcəsindən təhsil xərcləri üçün 1733,4 mln. manat vəsait ayrılıb. Olaylar.az report-a istinadən bildirir ki, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində göstərilir ki, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,4 faiz təşkil edəcək. Bu da 2016-cı illə müqayisədə 0,5 faiz-bənd çoxdur.
Medal geri qaytarılacaq - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəbə onun dopinq yoxlanışının müsbət nəticə verməsidir.
"Vidadi Zeynalova hər ay 500 min manat vermişik"
Baş direktordan ŞOK İFADƏ "Aztelekom" İstehsal Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədovun istintaqa verdiyi ifadə məlum olub.
İranın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.
Elmar Məmmədyarov fransalı həmkarı ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrdə ikitərəfli əlaqələrin indiki durumu və perspektivləri, o cümlədən son zamanlar sürətlə inkişaf edən regionlararası əməkdaşlıq məsələlərini müzakirə etdilər və Azərbaycan-Fransa münasibətlərin bütün sahələrdə müsbət və davamlı şəkildə inkişaf etməsindən məmnunluq ifadə edilər.
Zakir Qaralov 5 rayonun sakinlərini qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il noyabrın 25-də saat 10:00-da Şabran rayon prokurorluğunun inzibati binasında Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir. Bu barədə Baş Prokurorluğu mətbuat xidmətindən verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şabran şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Əli Həsənov: "Cənubi Qafqazda ÜDM-in 70 faizi Azərbaycanın payına düşür"
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix üzrə elmlər doktoru, professorƏli Həsənov AMEA Rəyasət Heyətinin iclasında “Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Türkiyə Azərbaycandan 330 mln. kubmetr artıq qaz idxal edəcək
Türkiyənin BOTAŞ şirkəti cari ilin sonunadək 36,5 mlrd. kubmetr qaz idxal etməyi planlaşdırır ki, bu da ötən illə müqayisədə 4,1 mlrd. azdır.
SOCAR-ın Rumıniyadakı yanacaqdoldurma məntəqəsinin sayı 35-ə çatdı
Noyabrın 18-də Rumıniyanın İlfov rayonunda “SOCAR” brendi altında sayca ikinci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.














