Poroşenkonun ABŞ-a səfəri və Trampa görüşü planlaşdırılır

ABŞ-ın səlahiyyət müddəti başa çatmaqda olan vitse-prezidentiCozef Bayden ilin sonuna qədər Ukraynaya səfər edəcək.

ABŞ-ın səlahiyyət müddəti başa çatmaqda olan vitse-prezidenti Cozef Bayden ilin sonuna qədər Ukraynaya səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə "İnterfaks-Ukraina" məlumat yayıb. "İlin sonuna qədər Bayden Ukraynaya gələcək", - deyə diplomatik mənbədən bildiriblər.

Eyni mənbə Ukrayna prezidenti Pyotr Poroşenkonun ABŞ-a səfərinin planlaşdırıldığını deyib. 2017-ci ilin fevral ayına nəzərdə tutulan səfər zamanı P. Poroşenko ABŞ-ın yeni prezidenti Donald Trampla görüşəcək. Xatırladaq ki, ötən günlərdə tərəflər arasında telefon danışığı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31