Gündəm
NATO ölkələrindəki türk hərbçilər vətəndaşlıq istəyirlər
NATO-ya üzv ölkələrdəki hərbi strukturlarda xidmət edən bir sıra türk hərbi qulluqçular Türkiyədəki daxili siyasi vəziyyətlə əlaqədar olaraq bu dövlətlərdə vətəndaşlıq almaq üçün müraciət ediblər.
Aktrisadan ŞOK AÇIQLAMA: "23 yaşımı 23 kişi ilə..."
Fransız əsilli gənc kino ulduz Heidi Van Horny qeyri-adi bir ad günü keçirəcəyini deyib. Milli.Az Milliyet-ə istinadən bildirir ki, cazibədar aktrisa 23 yaşını 23 kişi ilə birgə keçirəcəyini açıqlayıb.
Vətəni tamaha fəda edən "fədai"lər - xəyanət, çirkab, yalan...
"Siyasi mühacir", "hüquq müdafiəçisi", "müstəqil jurnalist" kimi xaricə sığınanlar Azərbaycana qarşı kampaniyalarda istifadə edilirlər.
Elnur Aslanov Rabitə Nazirliyindən çıxarıldı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi aparılıb. Olaylar.az modern.az-a istinadən bildirir ki, Elnur Aslanov nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.
Sabiq baş direktorun evlərindən 330 min dollar və 87 min manat aşkarlandı
"AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub. Olaylar.az report-a istinadən bildirir ki, o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, "Cartburg NC" şirkətinə verilən qiymətlər şkala çərçivəsində digər mobil operatorlara təklif edilən qiymətlərə uyğun olub.
Ermənistandakı yoxsulluqdan dəhşətə gəldilər
Almaniyanın nüfuzlu Schwabische Post qəzetində "Ermənisrtandakı yoxsulluqdan dəhşətə gəldilər" adlı məqalə çap olunub.
"Gənclərin inkişafında qeyri-formal təhsilin rolu”
Noyabrın 23-24-də Bakı şəhərində “Gənclərin inkişafında qeyri-formal təhsilin rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, konfrans Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin 2020-ci ilə qədər dövr üçün “Gənclərin beynəlxalq əməkdaşlıq Strategiyası”nın 2016-2017-ci illərə dair Tədbirlər Planının 1.1 yarımbəndinə uyğun olaraq həyata keçirilir.
Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 23-də Kürdəmir rayonunda Zərdab və Kürdəmir rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Bakı prospekti, 18 ) saat 10:00-da keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
"Bakcell" abunəçilərinin sayını açıqlayıb
"Bakcell" şirkəti abunəçilərinin sayını açıqlayıb. "APA-Economics"in məlumatına görə, "Bakcell"in baş icraçı direktoru Nikolai Bekkers bildirib ki, hazırda mobil operatorun abunəçilərinin sayı 3,6 milyon nəfər təşkil edir.
Əbülfəs Qarayev Türkiyənin yeni təyin olunmuş səfiri ilə görüşüb
Noyabrın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Əbülfəs Qarayev iki qardaş ölkə arasındakı münasibətlərdən danışaraq bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkəmizdə mədəniyyət və turizm sahələrində həyata keçirilən işlər haqqında məlumat verərək bu sahədə böyük uğurlar əldəolunduğunu bildirib. Son illər Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, ölkəmiz bu ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal toplantısına da uğurla ev sahibliyi etdiyini deyib.
Bəzi nazirlərin, icra başçılarının, deputatların aylıq xərcləri həddindən artıq çoxdur
Son günlər bəzi keçmiş məmurların aylıq xərcləri ilə bağlı yayılan məlumatlar cəmiyyətdə birmənalı qarşılanmayıb. “OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev məmurların qeyri-rəsmi xərclərinin müəyyən edilməsinin vacibliyini vurğuladı: “Prezident İlham Əliyev demək olar ki, bütün çıxışlarında məmurların öz vəzifə səlahiyyətlərini qanunamüvafiq icra etmələri ilə bağlı ciddi tapşırıqlar veribdir.
Pul kisəsini oğuralayandan heroin götürülüb
Noyabrın 17-də Bərdə şəhərində naməlum 2 nəfər şəhər sakini Elbrus Aslanova məxsus içərisində pul və sənəd olan pul kisəsini soyğunçuluq yolu ilə alıblar. DİN-dən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Bəxtiyar Əliyev tutulub, digər şəxs isə müəyyən edilmişdir. B.Əliyevdən 0,36 qram heroin götürülüb.
Ərinin tapançasını polisə təhvil verdi
Sabunçu rayon sakini odlu silahı polisə könüllü təhvil verib. DİN-dən verilən məlumata görə, noyabrın 17-də Sabunçu rayonunun Nardaran qəsəbə sakini Rəhilə Qasımova vəfat etmiş əri Ələmdar Qasımova məxsus "Naqan" tipli tapançanı və 25 ədəd patronu könüllü olaraq 42-ci PB-yə təhvil verib.
Səbail sakininin evindən 70 min manatlıq qızıl oğurlanıb
Noyabrın 15-də Səbail rayonu ərazisində yaşayan Gülşən Rəfiyeva 9-cu PB-yə müraciət edərək sentyabrın 12-də evində usta işləyən Kürdəmir rayon sakini Rəşad Ömərov tərəfindən 70.000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirib. DİN-dən verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşları tərəfindən aparılmış araşdırmalarla fakt təsdiqini tapmış və həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Öməriov tutulub.
Qadını aldadaraq 300 manatını aldı
Noyabrın 3-də Bakı şəhər sakini Şəhla Verdiyevanın naməlum şəxs tərəfindən aldadılaraq 300 manat pulunun alınması ilə bağlı verilmiş məlumatla əlaqədar Binəqədi RPİ 7-ci PB-də cinayət işi başlanılmışdır. DİN-dən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş Mürvət Ağaməmmədov tutulub.














