"Gənclərin inkişafında qeyri-formal təhsilin rolu”
Noyabrın 23-24-də Bakı şəhərində “Gənclərin inkişafında qeyri-formal təhsilin rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, konfrans Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin 2020-ci ilə qədər dövr üçün “Gənclərin beynəlxalq əməkdaşlıq Strategiyası”nın 2016-2017-ci illərə dair Tədbirlər Planının 1.1 yarımbəndinə uyğun olaraq həyata keçirilir.
18 Noyabr 2016 16:56 SosialNoyabrın 23-24-də Bakı şəhərində "Gənclərin inkişafında qeyri-formal təhsilin rolu" mövzusunda beynəlxalq konfrans keçiriləcək. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, konfrans Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin 2020-ci ilə qədər dövr üçün "Gənclərin beynəlxalq əməkdaşlıq Strategiyası"nın 2016-2017-ci illərə dair Tədbirlər Planının 1.1 yarımbəndinə uyğun olaraq həyata keçirilir. Konfransın keçirilməsində məqsəd - gənclərlə iş sahəsində qeyri-formal təhsil modellərinin tətbiqinə və inkişafına dair müzakirələrin aparılması və gənclərin beynəlxalq əməkdaşlıq əlagələrinin gücləndirilməsidir. Konfransda MDB-nin üzv dövlətlərindən 60 nəfərə yaxın gənc iştirak edəcək. Konfrans çərçivəsində gənclərlə iş sahəsində qeyri-formal təhsilin rolu, könüllük fəaliyyəti, gənclərin iştirakçılığı və təmsilçiliyi, qeyri-formal təhsil metodlarınının tətbiqi vasitəsilə gənclərin məşğulluğuna dəstəyin göstərilməsi kimi mövzuların müzakirəsi planlaşdırılıb. Tədbirin açılış mərasimi 23 noyabr 2016-cı il tarixdə saat 10.00-da Park İnn mehmanxanasının "Dan Ulduzu" zalında keçiriləcək.