NATO ölkələrindəki türk hərbçilər vətəndaşlıq istəyirlər

NATO-ya üzv ölkələrdəki hərbi strukturlarda xidmət edən bir sıra türk hərbi qulluqçular Türkiyədəki daxili siyasi vəziyyətlə əlaqədar olaraq bu dövlətlərdə vətəndaşlıq almaq üçün müraciət ediblər.

NATO-ya üzv ölkələrdəki hərbi strukturlarda xidmət edən bir sıra türk hərbi qulluqçular Türkiyədəki daxili siyasi vəziyyətlə əlaqədar olaraq bu dövlətlərdə vətəndaşlıq almaq üçün müraciət ediblər.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq da təsdiq edib.

Y.Stoltenberq qeyd edib ki, bu məsələnin həlli NATO üzvlərinin milli kompetensiyasına daxildir.

Baş katib əlavə edib ki, NATO-nun komanda strukturlarında bir sıra türk hərbçilər dəyişdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31