Əbülfəs Qarayev Türkiyənin yeni təyin olunmuş səfiri ilə görüşüb 

Noyabrın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Əbülfəs Qarayev iki qardaş ölkə arasındakı münasibətlərdən danışaraq bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkəmizdə mədəniyyət və turizm sahələrində həyata keçirilən işlər haqqında məlumat verərək bu sahədə böyük uğurlar əldəolunduğunu bildirib. Son illər Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, ölkəmiz bu ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal toplantısına da uğurla ev sahibliyi etdiyini deyib.

Noyabrın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə Əbülfəs Qarayev iki qardaş ölkə arasındakı münasibətlərdən danışaraq bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkəmizdə mədəniyyət və turizm sahələrində həyata keçirilən işlər haqqında məlumat verərək bu sahədə böyük uğurlar əldəolunduğunu bildirib. Son illər Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, ölkəmiz bu ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal toplantısına da uğurla ev sahibliyi etdiyini deyib. Əbülfəs Qarayev iki ölkə arasında turizm sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyərək, Azərbaycanın Türkiyənin təcrübəsindən yararlandığını vurğulayıb. Həmçinin qeyd etdi ki, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri bir sıra ölkələrlə yanaşı bu sahədə böyük uğurlar qazanan Türkiyənin turizm mərkəzlərində, hotellərində də təcrübə keçirlər. Bu da ölkəmizdə turizmin inkişafına, dünya təcrübəsinin öyrənilməsinə təkan verir.

Səfir Erkan Özoral səmimi qəbula görə ƏbülfəsQarayevə öz minnətdarlığını bildirib. Qardaş ölkəyə səfir təyin olunmasının onun üçün şərəfli olmaqla yanaşı, həm də böyük məsuliyyət olduğunu qeyd edib. Səfir iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etməsi üçün səylə çalışacağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31