"Bakcell" abunəçilərinin sayını açıqlayıb
"Bakcell" şirkəti abunəçilərinin sayını açıqlayıb. "APA-Economics"in məlumatına görə, "Bakcell"in baş icraçı direktoru Nikolai Bekkers bildirib ki, hazırda mobil operatorun abunəçilərinin sayı 3,6 milyon nəfər təşkil edir.
18 Noyabr 2016 16:53 Sosial"Bakcell" şirkəti abunəçilərinin sayını açıqlayıb.
"APA-Economics"in məlumatına görə, "Bakcell"in baş icraçı direktoru Nikolai Bekkers bildirib ki, hazırda mobil operatorun abunəçilərinin sayı 3,6 milyon nəfər təşkil edir.
"Bu rəqəm qismən artıb. Biz müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərməyi qarşımıza hədəf qoymuşuq", - deyə N. Bekkers bildirib.
N. Bekkers şirkətin gəlirlərini açıqlamaq istəməyib: "Hər müştəriyə düşən gəlirin həcmi yüksəkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31