Ağstafada qətl törədənlər Bakıda saxlanıb

Noyabrın 13-də Ağstafa şəhəri ərazisindən Bakı şəhər sakini Tural Hacıyevin üzərində zorakılıq əlamətləri (küt alətlə yetirilmə xarakterli) olan meyiti Ağstafa şəhər sakini Samir Əliyevə məxsus "VAZ-2106" markalı avtomobildə xəstəxanaya gətirilib. DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağstafa şəhər sakinləri Samir Əliyev və Fərid Əliyev paytaxtın Sabunçu rayonu ərazisində tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31