SOCAR-ın Rumıniyadakı yanacaqdoldurma məntəqəsinin sayı 35-ə çatdı
Noyabrın 18-də Rumıniyanın İlfov rayonunda “SOCAR” brendi altında sayca ikinci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
18 Noyabr 2016 16:04 SosialNoyabrın 18-də Rumıniyanın İlfov rayonunda "SOCAR" brendi altında sayca ikinci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. "OLAYLAR"-ın xəbərinə görə, açılış mərasimində SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaş, Rumıniya Parlamentinin deputatları, Rumıniyanın TRANSGAZ şirkətinin prezidenti İon Sterian, bu ölkədə fəaliyyət göstərən bir çox aparıcı şirkətlərin rəhbərləri, Türk İş Adamları Dərnəyinin nümayəndələri, chr("39")chr("39")SOCAR Petroleum SAchr("39")chr("39") şirkətinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, habelə yerli KİV nümayəndələri iştirak ediblər. Bildirilib ki, yeni istifadəyə verilən yanacaqdoldurma məntəqəsi ilə Rumıniyada "SOCAR" brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 35-ə çatıb. Məntəqədə 3 sayğac quraşdırılmış, 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 17 rayonunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş və Buxarestdə yanacaqdoldurma məntəqələrinə malikdir.