Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib
Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən “Bakılı”klubunda bu ölkədəki Azərbaycan diaspor rəhbərləri və fəallarının görüşü keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, görüşün məqsədi noyabr ayına təsadüf edən Azərbaycanın dövlət bayramlarını, eləcə də müstəqilliyimizin 25-ci ildönümünü qeyd etməkdir.
18 Noyabr 2016 16:02 SosialAlmaniyanın paytaxtı Berlində fəaliyyət göstərən "Bakılı"klubunda bu ölkədəki Azərbaycan diaspor rəhbərləri və fəallarının görüşü keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, görüşün məqsədi noyabr ayına təsadüf edən Azərbaycanın dövlət bayramlarını, eləcə də müstəqilliyimizin 25-ci ildönümünü qeyd etməkdir. Üzvlərinin əksəriyyəti Bakıdan köçmüş yəhudilərin olduğu "Bakılı" klubunun sədri Elmira Əşrəfovanoyabr ayında qeyd edilən Azərbaycanın mühüm bayramları Bayraq günü, Konstitusiya günü, Milli dirçəliş günü haqqında məlumat verib. Daha sonra çıxış edən Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova Azərbaycanın müstəqillik tarixindən danışıb. Diaspor rəhbəri eyni zamanda, Azərbaycanda bütün dövrlərdə - həm müstəqillik qazandıqdan sonra, həm də ondan əvvəl milli azlıqların, xüsusulə də yəhudilərin hüquqlarının qorunmasından bəhs edib. S.Patzer-İsmailova Azərbaycanın, xüsusilə də Bakı şəhərinin tarixən multikulturalizm ənənələrinin qorunduğu az sayda məkanlardan olduğunu vurğulayıb. Azərbaycan və yəhudi icmalarının hətta Azərbaycandan kənarda da dostluq münasibətlərindən danışan S.Patzer-İsmailova deyib ki, Azərbaycanda yəhudilərə olanistimünasibət artıq beynəlxalq aləmə də bəllidir və Azərbaycan "antisemitizm"in olmadığı müstəsna ölkələrdən biridir. Samira Patzr-İsmailova 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Multikulturalizm ili elan edildiyini də vurğulayıb. Tədbirdə "Bakılı" klubunun sədri Elmira Əşrəfovanın iki xalq arasında dostluğun qorunması istiqamətində göstərdiyi fəaliyyət yüksək qiymətləndirilib.