Dini radikalizmin xüsusi, etnik və siyasi tipləri... 

Dünyada dini radikalizmin müxtəlif tipləri var ki, onlar öz prinsiplərini diktə etmək niyyətindən əl çəkmirlər. Müxtəlif mərkəzlərdən idarə olunan həmin qanadlar ideyalarını nəinki öz ölkələrində tətbiq etmək, həmçinin xaricə idxal etməkdən belə çəkinmirlər. “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev deyir ki, belə qanadlardan biri xüsusi dini radikalizmdir ki, bu kiçik lokal qruplarda özünü göstərir. Dini lider ətrafında pərəstiş ideologiyasını inkişaf etdirmək, məqsədlərinə çatmaq və sosial-dini layihələrin həyata keçirilməsi üçün tədbirlər görülür.

Dünyada dini radikalizmin müxtəlif tipləri var ki, onlar öz prinsiplərini diktə etmək niyyətindən əl çəkmirlər. Müxtəlif mərkəzlərdən idarə olunan həmin qanadlar ideyalarını nəinki öz ölkələrində tətbiq etmək, həmçinin xaricə idxal etməkdən belə çəkinmirlər. "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev deyir ki, belə qanadlardan biri xüsusi dini radikalizmdir ki, bu kiçik lokal qruplarda özünü göstərir. Dini lider ətrafında pərəstiş ideologiyasını inkişaf etdirmək, məqsədlərinə çatmaq və sosial-dini layihələrin həyata keçirilməsi üçün tədbirlər görülür. Bu tip hərəkatların dini liderləri əksər hallarda cəmiyyətdəki innovativ islahatların və inkişafın dairəsini gözdən salmaq, "dünyanın sonudur" deyə kənara çəkilərək təxribatlara, əhalini qorxu, vahimə içində saxlamağa istiqamətlənən dağıdıcı faktorlara start verirlər. Cəmiyyət üçün əhəmiyyət kəsb edən dəyərləri gözdən salmağa, sosial-dini fanatizmə meyl edirlər. Belə şəxslərin bəziləri ailədən imtina, Allah evləri ilə münasibəti kəsmək, təhsildən, tibbi müayinə və müalicədən vaz keçmək, bəzən istehsal olunan ləvazimatlardan imtina etməyə üstünlük verirlər. Bu cür qruplara təsərrüfat fəaliyyətinin primitiv formaları, ailədə patriarxal ideyaları bərqərar etmə və yaxud dini lideri ilahiləşdirmək kimi hərəkətlər xasdır. Bu ideyalar özündə bəzən ailə-nikah münasibətlərini rədd etməyi də birləşdirir. Onun sözlərinə görə,bu sahədə Azərbaycanda ciddi və təkmil normativ huquqi baza vardır. Ölkə konstitusiyasında ehtiva edilən "vicdan azadlığı" hər bir vətəndaşa istənilən dinə etiqad etmək və yaxud dinini dəyişmək azadlığı verir. Lakin dini etiqad və əqidə azadlığı hüquq pozuntusuna bəraət qazandırmır: "Dini etiqad azadlığı haqqında" qanunun qüvvəyə minməsi ilə Azərbaycan multikultural dəyərlərin qorunmasında digər ölkələrə görk ola bilər. Cəhalətpərəst və maarifçiliyin əleyhinə olanlara qarşı təsirli tədbirlərin görülməsində Azərbaycan Zaqafqaziyada, habelə beynəlxalq aləmdə nümunə olacaq siyasi iradə nümayiş etdirir". Onun sözlərinə görə, dini etnik radikalizm mövcuddur ki, bu konservativ-adətlərə uyğun ideyaların və etnik dinlərin təşəkkülü, təmiz etnik dini cəmiyyətin və teokratik dövlətin mövcudluğuna meyl etməkdir. Onun sosial əsasını təşkil edən utopik layihələr siyasi və iqtisadi qloballaşmadan imtina etməyə xidmət edir, etnososializm nəzəriyyəsi cəmiyyətdə sosial dəyərlərin qorunmasına qarşı qoyulur, sosium üzərində hökmranlıq etmək niyyətini daşıyır. Postsovet dövründə Rusiyada, Ukraynada, Polşada, Latviyada dini-etnik-radikalizm hərəkatları var idi. Məsələn, Belarusiyada slavyanları super etnik birliklər kimi qəbul etmək, xalqın mədəni-siyasi icması kimi önə çəkmək ideyası irəli sürülürdü: "Adını gec eşitdiyimiz vəhabilik, cəfərilik, sonradan nurçuluq bir qrup insanların şüurunu başqa səmtə, bizə sərf etməyən tərəfə yönəltməyə xidmət edib. Suriyada, ən nəhayət qardaş Türkiyədə baş verənlər bizi ayıltmalı və sayıq olmağı məcbur edir". Həmçinin dini motivli siyasi radikalizm var ki, burada etnik mərkəziyyətin təbliği, dünya dinlərini inkar etmək, cəmiyyətdə ekstremizm hallarını doğura biləcək dini etnik radikalizmin, təhlükəli ideologiyanın yaranması diqqət çəkir. Bu tip radikal dini qrupların məqsədi güc yolu ilə dövlət quruluşunu dəyişməkdən, silahlı yolla hakimiyyəti zəbt etməkdən, digər dövlətin suverenliyini pozmaq, qanunsuz silahlı birləşmələri yaratmaq, formalaşdırmaq, etnik, dini ədavəti qızışdırmaqdan ibarətdir.Azərbaycan dövlətinin bu istiqamətdəki siyasi kursuna istinad etmək yerinə düşərdi. Radikallaşma prosesi zorakılığı nümayiş etdirən və terror aktları ilə müşayət edilən ekstremizm hallarına zəmin yaratdığından ölkədə bu problem yaşanmır, həyata keçirilən lokal tədbirlər buna imkan vermir: "Qeyd etdiyim kimi, dini radikalizm məzmun və mahiyyəti üzrə xarizmatik liderin şəxsiyyətinə pərəstiş etməyə xidmət edir, dövlət quruluşunu dəyişmək, silahlı yolla hakimiyyəti zəbt etmək, başqa dövlətin suverenliyini pozmaq, qanunsuz silahlı birləşmələri yaratmaq və onları yaymaq, etnik və dini düşmənçiliyi qızışdarmaqla cəmiyyət üçün daha təhlükəli bir ideologiyanın - ekstremizm ideologiyasının əsası qoyulur. Ekstremizm isə qadağan olunan üsulların son həddində olmaq, qanuna zidd gücün və zorakılığın tətbiqi, vətəndaşların konstitusion hüquqlarına qəsd etməsində ifadə olunur. Ekstremizmin motiv və niyyəti müxtəlifdir. Lakin maddi, ideoloji, real situasiya ilə barışmamaq, insanlar üzərində hökmranlıq, "qəhrəmanlıq", gənclik romantikası əsas motiv kimi dəyərləndirilir. Ona görə də dini radikalizm və ekstremizmə qarşı mübarizədən öncə onun profilaktikası ilə məşğul olmalıyıq. Bu, təkcə dövlət orqanlarının işi deyil, daha çox vətəndaş cəmiyyətinin nümayəndələrinin işidir, desəm yanılmaram. İctimai təhlükəsizliyin qarantı da cəmiyyətin birgə fəaliyyətindən asılı olduğundan birləşməliyik. Azərbaycan xalqı bir yerdə, bir bayraq altında birləşəndə daha güclüdür".
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31