Bəzi orta məktəblər əxlaqsızlıq yuvasına çevrilib

Gənc nəslə əxlaq aşılayan müəllimlər əxlaqsızlıq nümunəsinə çevriliblər Cəmiyyətdə baş verən iyrənc olaylar artıq orta məktəblərə sirayət edib. Bu vaxta qədər ölkənin ayrı-ayrı bölgələrində qardaşın bacını, atanın qızını, qayının qardaşı arvadını zorlaması barədə çoxsaylı məlumatlar eşitmişdik. İndi isə orta məktəblərdə direktorun müəlliməyə, müəllimin şagirdə, şagirdlərin bir-birinə təcavüz etmələri barədə xəbərlər eşitmək zorunda qalmışıq. Deyəsən mənəviyyatımıza qarşı edilən xarici təcavüz, mənəvi dəyərlərin korlanmasına yönələn yad ideologiyalar öz nəticəsini verməkdədir. Artıq məktəblərdə nələr baş vermir. 

Gənc nəslə əxlaq aşılayan müəllimlər əxlaqsızlıq nümunəsinə çevriliblər
 

Cəmiyyətdə baş verən iyrənc olaylar artıq orta məktəblərə sirayət edib. Bu vaxta qədər ölkənin ayrı-ayrı bölgələrində qardaşın bacını, atanın qızını, qayının qardaşı arvadını zorlaması barədə çoxsaylı məlumatlar eşitmişdik. İndi isə orta məktəblərdə direktorun müəlliməyə, müəllimin şagirdə, şagirdlərin bir-birinə təcavüz etmələri barədə xəbərlər eşitmək zorunda qalmışıq. Deyəsən mənəviyyatımıza qarşı edilən xarici təcavüz, mənəvi dəyərlərin korlanmasına yönələn yad ideologiyalar öz nəticəsini verməkdədir. Artıq məktəblərdə nələr baş vermir. 
Hazırda orta məktəb adlı elm məbədində təlim-tədrisdən başqa hər şey var. Harkomaniya, qumar, siqaret aludəçisi olan qızlar, müəllimyə və şagirdə göz dikən direktor, şagirdlərin bir-birinə qarşı intim münasibətləri. Vəziyyət o dərəcədə iyrənc formaya çatıb ki, məktəblərin ayayolunda qrup şəklində əxlaqsızlıq hadisələri baş verir. Müəllim əlavə dərs öyrətmək adı ilə evinə dəvət etdiyi şagirdə təcavüz edir. Cəzasıqlıq sindromu o qədər unudulub ki, istər müəllim, istərsə də şagirdlər belə əxlaqsız hərəkətləri mobil telegona çəkib içyimailəşdirməkdən belə çəkinmirlər. Qısası ölkənin kafe və barlarında, mehmanxanalarında, masaj salonlarında yaşanan əxlaqsızlıq elementləri məktəblərə sirayətt edib. Kimdir günahkar, müəllim, valideyin, Təhsil Nazirliyi, yoxsa, cəmiyyət? 

Əslində vəziyyətyin bu həddə gəlib çıxmasında sadalalan elementlərin hər birinin özünəməxsus suçu var. Yəni, orta məktəblərdə nə vaxtsa belə bir biabırçı vəziyyətin yaranacağı gözlənilən idi. Çünki illərlədir ki, mətbuat bağıra-bağıra qalıb ki, orta məktəblərdə rüşvət tüğyan edir. Dünyada ən böyük mənəviyyatsızlıq, əxlaqsızlıq hesab edilən rüşvətə qarşı elm ocaqlarında mübarizə aparılmadığından məktəblər əxlaqsızlıq yuvasına, gənc nəslə əxlaq, tərbiyyə aşılayan müəllimlər isə əxlaqsızlıq nümunəsinə çevriliblər. Nəticədə məktəblərdəki heç bir qanuna və əxlaq normalarına sığmayan vəziyyət vətəndaşların narahatlığına səbəb olub.

 Məktəblərdə vəziyyətin bu həddə çatmasında müəllimlər və məktəb direktorlarının günahı ondan ibarətdir ki, onlar öz nəfslərini basa bilməyərək azyaşlı qızların namusuna təcavüz yolu seçiblər. Burada söhbət bütövlükdə müəllim və direktorlardan deyil, öz nəfsinə hakim ola bilməyən ünsürlərdən gedir. O müəllimlərdən ki, onlar öz ailələrindəki qız-gəlinlərin namusunu qorumaq şərəfinə layiq deyillər. Buna görə də, başqalarının namusuna göz dikirlər. Düzdür, cəmiyyətdə hamı sağlam olmadığı kimi, müəllimlərin də sırasında seksə meyilli manyaklar ola bilər. Bunu ilk baxışdan müəyyən etmək mümkün olmadığından onları vəzifəyə təyin edərkən yanlışlığa yol verilə bilər. Ancaq elə məktəb direktorları da var ki, əxlaqsızlıq onların alınlarının ortasında, "mordalarında" yazılıb. Bəc, onda direktorlar təyin edilərkən hansı dəyərlər qiymətləndirlir. Yalnız 100 suala düzgün cavab vermək, yoxsa müəllimin əxlaqi-mənəvi keyfiyyətləri?
Əslində Təhsil Nazirliyi məktəb direktorlarını təyin edən zaman onun nə elmi biliyini, nə idarəetmə qabiliyyətini, nə də şəxsi-mənəvi keyfiyyətlərini nəzərə almır. Çünki bu təyinarda yerli icra hakimiyyətlərinin rəyi əsas rol oynayır. Təsəvvür edin ki, direktor olmaq istəyən namizədlər tərcümeyi-hal, xasiyyətnamə də daxil omaqla çoxsaylı sənədləri nazirliyə təqdim etdikdən sonra test imtahanına buraxılırlar. Yüksək bal toplayan namizədlər sözhbətə dəvət edilir, bu müsabiqədən keçənlərə bildirilir ki, "sizinlə əlaqə saxlanılacaq". Sonra namizədə məktub gəlir ki, "Sizin peşəkar kompetensiyalarınız müsahibə proqramının meyarlarına uyğun olmadığına görə Siz direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində uğur qazanmamısınız". Burada söhbətin hansı peşəkar kompetensiyalardan getdiyi tapmaca deyil, söhbət yerli icra hakimiyyətlərinin rəyindən gedir. Əgər direktorları yerli isra hakimiyyətləri təyin edirsə, onda bu qədər sorğu-sual nəyə lazımdır? 

Təsəvvür edin ki, derektor gənc müəlliməyə əxlaqsız təkliflər edir. Təhsil Nazirliyi isə deyir ki, pedaqoji universiteti bitirənlər ucqar rayonlara getmək istəmirlər. Bu halda belə bir sual yaranır: Gənc müəllimə ucqar rayonda, özü də tək manyak direktorun əlinin altında necə işləsin? Nəzərə alınmır ki, əxlaqsız təklifləri rədd edən müəllimələrə işdən çıxarılacaqları ilə hədə-qorxu gəlinir. Direktorların təyinatı məsələsində rayon icra hakimiyyətlərinin rəyi nəzərə alındığından nazirlik belələri barədə tədbir görə bilmir. 
Əgər valideyin öz uşağına nəzarəti itirməsə, məktəb şagirdinə bahalı mobil telefon verib məktəbə yola salmasa belə halların sayı bu həddə çatmaz. Müəllimlərə hədiyyə vermək üçün növbəyə dayanan valideyinlər məktəb yaşlı uşaqlara bahalı maşın etibar etməkdən belə çəkinmirlər. Etiraf edilməlidir ki, hazırda bölgələrdə uşaqlara valideyin nəzarəti məcradan çıxıb. Qız uşaqlarını erkən yaşda ərə vermək barədə düşünən valideyinlər onların kiminlə, hansı səviyyədə münasibət qurmasının fərqlində deyillər. Məhz bu kimi halların nəticəsidir ki, tez-tez məktəb yaşlı qızlar internetdə tanış olduqları kişilərlə görüçmək məqsədilə evdən qaçaraq paytaxta üz tuturlar. 

Nəhayət, məktəblərdə vəziyyətin dözülməz həddə çatmasında cəmiyyətin də rolu danlmazdır. Nzərə almaq lazımdır ki, hazırda paytaxtda fəaliyyət göstərən əksər məktəblərin qarşısında gecə klubları, barlar, mərc oyunları, pivəxanalar fəaliyyət göstərir. Orta məktəb binalarının yaxınlığındakı "masaj salonları" əxlaqsızlıq yuvasına çevrilib. Həmin salonların qapısı ağzında gecə-gündüz "müştərilər" hərlənir. Siqaret satmağın ən sərfəli məkanı orta məktəblərin qarşısı hesab olunur. Təsəvvür edin ki, belə əxlaqsız hərəkətlərin hamısı şagirdlərin gözü qarşısında baş verir. Deməli, mənəviyyatımızın təmizlənməsi üçün cəmiyyətdən başlayıb, fərdlərdə dayanmalıyıq.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31