“Sözün ölçüsü və çəkisi” adlı yeni kitabı işıq üzü görüb

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru, şairə-publisist Nəcibə İlkinin “Sözün ölçüsü və çəkisi” (fikirlər və rəylər) adlı yeni kitabı işıq üzü görüb.

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, "Azad qələm" qəzetinin və "Ali Ziya" jurnalının təsisçisi və baş redaktoru, şairə-publisist Nəcibə İlkinin "Sözün ölçüsü və çəkisi" (fikirlər və rəylər) adlı yeni kitabı işıq üzü görüb.

Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı fikirlər və rəylər toplanıb.

Kitab müəllifin oxucularla sayca yeddinci görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Ədəbiyyatsevərlərin, poeziya həvəskarlarının rəğbətini qazanacağına ümid edirik.

Qeyd edək ki, bundan öncə "Könlüm nağıl istəyir"  adlı yeni şeirlər kitabı 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən "Adiloğlu" nəşriyyatı tərəfindən 104 səhifə həcmində 300 tirajla işıq üzü görmüşdü.Kitabın redaktoru Xalq şairi, Əməkdar incəsənət xadimi Fikrət Qoca idi. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31