Əlillərin işə götürülməsindən niyə imtina edilir?
Onlar üçün nəzərdə tutulan kvota kağız üzərində qalıb Ölkə qanunvericiliyində müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlarin işləməsi üçün müəssisələrdə kvota müəyyən edilib. Hətta əlillər üçün nəzərdə tutulan kvotanı həyata keçirməyən müəssisə rəhbəri üçün cərimələr və sanksiyalar da mövcuddur. Belə ki, müəssisələrdə əlillər üçün iş uyğunlaşdırılmayıbsa, onlar cərimə ödəməlidirlər. Ancaq iş yerlərində nə uyğunlaşdırmalar aparılır, nə cərimələr ödənilir. Lakin qaçılmaz reallıqdır ki, əgər müəssisə cərimə olunsa, onun rəhbəri əlili işə götürməkdə maraqlı olacaq. Çünki müəyyən edilən cərimə əlilin orada işləməsindən alınacaq əməkhaqqıdan qat-qat yüksəkdir.
18 Noyabr 2016 15:36 SosialOnlar üçün nəzərdə tutulan kvota kağız üzərində qalıb
Ölkə qanunvericiliyində müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlarin işləməsi üçün müəssisələrdə kvota müəyyən edilib. Hətta əlillər üçün nəzərdə tutulan kvotanı həyata keçirməyən müəssisə rəhbəri üçün cərimələr və sanksiyalar da mövcuddur. Belə ki, müəssisələrdə əlillər üçün iş uyğunlaşdırılmayıbsa, onlar cərimə ödəməlidirlər. Ancaq iş yerlərində nə uyğunlaşdırmalar aparılır, nə cərimələr ödənilir. Lakin qaçılmaz reallıqdır ki, əgər müəssisə cərimə olunsa, onun rəhbəri əlili işə götürməkdə maraqlı olacaq. Çünki müəyyən edilən cərimə əlilin orada işləməsindən alınacaq əməkhaqqıdan qat-qat yüksəkdir.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, əlillərin işlə təminatı məşğulluğ sahəsində həllini gözləyən ciddi problemlərdəndir: "Məşğulluq haqqında qanuna görə əlillərin işlə təminatı üçün kvota qoyulub. Çox təəssüf ki, bir sıra müəssisə, təşkilat və şirkətlər var ki, qanunun bu müddəasını lazımı şəkildə yerinə yetirmirlər. Ona görə də, bu qanunu yerinə yetirməyən müəssisə, təşkilat və şirkətlərə qarşı sərt addımlar atılmalıdır. Qanunvericiliyi bu istiqamətdə pozanlara qarşı cəza mexanizmləri daha sərt olmalıdır. Bizim əsas məqsədimiz o olmalıdır ki, sağlamlıq imkanı məhdud olan şəxsləri, əlilləri daha çox işlə təmin olunsunlar. Bu sahəyə cavabdeh qurumları isə qanunvericiliyin əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərini ciddi şəkildə gücləndirməsinə ehtiyac var". Millət vəkili həmçinin görmə imkanları məhdud gənclərin işlə təminatındakı problemlərdən danışıb və onların qısa zamanda həllinin vacibliyini xüsusi vurğulayıb. Q. Paşayeva bildirib ki, onlar arasında elə gənclər var ki ali məktəblərə tam sağlam gənclərdən daha çox bal toplayaraq daxil olublar, bütün çətinliklərə baxmayaraq universitetlərdə yaxşı oxuyublar, amma buna baxmayaraq özlərinə iş tapa bilmirlər. Ali təhsil almış bu cür gənclərə, onların işlə təminatı məsələsinə xüsusi diqqət olmalıdır. Onların işlə təmin olunması görmə imkanları məhdud minlərlə uşaq və gəncimizi ali təhsilə meyilləndirmək üçün böyük bir stimul olar. Millət vəkili Q.Paşayeva təhsil naziri Mikayıl Cabbarova bu istiqamətdə bir neçə gəncin işlə təmin olunması ilə bağlı xahiş müraciəti göndərdiyini də deyib: "Müəllim ixtisası üzrə universitetləri bitirmiş bir neçə görmə imkanı məhdud olan gənc bununla bağlı mənə müraciət etmişdi və həmin gənclərlə görüşüb, geniş söhbət etdik. Onlar arasında universitetlərə tam sağlam gənclərdən də yuxarı ballarla daxil olan və oxuyan istedadlı gənclər var. Onların müəllim kimi işlə təminatı çox vacib məsələdir və ümid edirik ki, təhsil nazirimiz bu qrup gənc mütəxəssislərin işlə təmini məsələsinə xüsusi diqqət ayıracaq və onlar işlə təmin olunacaq". Q. Paşayeva 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə də çıxış edib: "Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onlar üçün çox çətindir bu vəsaiti ödəmək. Bir neçə gün əvvəl bir neçə görmə qabiliyyəti olmayan, ali məktəblərdə oxuyan 1-ci qrup əlil gənclərimizlə görüşdük. Təhsil haqqını ödəməkdə çətinlik çəkirlər və çox ağır vəziyyətdə qalıblar. Onlara kömək üçün bir neçə qurumlara xahiş müraciət etdik. Ona görə də universitetlərdə onların təhsil haqlarından azad edilməsi məsələsinə baxılması çox vacibdir. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı". Hüquqşünas Alim Hüseynli bildirib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olanlar üçün müəssisələrdə kvota müəyyən edilməsi qanunvericiliklə tənzimlənir: "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına - 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri aiddir. Kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir. Müəssisələrdə kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlillərin işləməsi üçün müvafiq normativ-hüquqi aktlar ilə qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır". Hüquqşünas əlavə edib ki, müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə iş yerlərinin ayrılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"na əsasən həyata keçirilir. Həmin Qaydaya əsasən, kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi müəyyən edilir: İşçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında-bu halda həmin iş yerlərindən biri əlilliyi olan şəxslər üçün nəzərdə tutulur; işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla); işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla). Onun sözlərinə görə, qanunvericilikdə müəyyən edilmiş bu qaydalara riayət etməyən idarə və müəssisə rəhbərləri üçün snksiyalar da nəzərdə tutulur.
Nurlan