Analoq yayımın dayandırılmasından sonra əsas problem...

Bakı və Abşeron ərazisində analoq televiziya yayımının dayandırılmasından 18 gün ötməsinə baxmayaraq əhalidən müraciətlər gəlməkdə davam edir.

Bakı və Abşeron ərazisində analoq televiziya yayımının dayandırılmasından 18 gün ötməsinə baxmayaraq əhalidən müraciətlər gəlməkdə davam edir.

Olaylar.az xəbər verir ki, Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyeva report-a bildirib ki, bu günədək əhalidən 43,5 min zəng qəbul olunub: "Bu say hələ müraciətlərin hamısı deyil. Analoq yayımın dayandırılmasından sonra fəaliyyət göstərən "qaynar xətt"ə (14-11 nömrəli) 44 minə yaxın müraciət daxil olub. Amma bizim digər şöbələrə də müraciətlər olur".

Onun sözlərinə görə, əhali, daha çox da yaşlı insanlar dekoderləri quraşdırmaqla bağlı problem yaşayırlar: "Bəzən bizim əməkdaşlar könüllü şəkildə yaşlı və ya xəstə insanların evinə gedir və yardım göstərirlər".

Z.Əfəndiyeva deyib ki, mövcud məsələ ilə bağlı bölgələrdən də zənglər gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31