Gündəm
Bir ailənin 3 üzvü avtoqəzada dünyasını dəyişdi
Qaradağ rayonunun Qobustan qəsəbəsidə “Opel” markalı minik avtomobili dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Ələt magistralının 48-ci kilometrliyində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış üç cəsəd (kişi, qadın və uşaq) çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Müxalifətin qapalı toplantısı keçiriləcək
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzinə daxil olan partiyaların növbəti toplantısı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda ölkədə mövcud siyasi-ictimai durum, qərarların icra vəziyyəti və cari məsələlər müzakirə edilib. Görüş iştirakçıları qarşıdan gələn siyasi dövrün detallarını analiz etmiş, baş verən proseslərdə müxalifət düşərgəsinin yerini dəyərləndiriblər. Ölkəni gözləyən yeni siyasi dönəmdə müxalifət qüvvələrinin münasibətlərinin yaxşılaşdırılmasının zəruriliyi vurğulanıb. Qərara alınıb ki, Mərkəzə daxil olan siyasi partiyaların təşkilatçılığı ilə növbəti həftə bir sıra siyasi qurumların iştirakı şəraitində qapalı müzakirə təşkil edilsin. İclasda bir sıra cari məsələlərə də baxılıb.
Gənc Tamaşaçılar Teatrında “Leyli və Məcnun”
Azərbaycan Dövlət Gənc Tamaşçılar Teatrında görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında ilk dəfə olaraq dramatik janrda hazırlanan eyniadlı tamaşanın son hazırlıq prosesi yekunlaşmaq üzrədir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, teatrın 2016-cı il repertuar planında hazırlanması nəzərdə tutulan “Leyli və Məcnun” tamaşasının quruluşçu rejissoru, Əməkdar Artist Nicat Kazımov olan tamaşanın musiqi tərtibatçısı Kamil İsmayılov, məsləhətçisi İlqar Fəhmi, döyüşlərin quruluşçusu İsa Əsədov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır. Yeni səhnə əsərində əsas obrazları Əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Bəhram Həsənov, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Çarhanlı, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova, Könül Əbilova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Kərəm Hadızadə, Elnur Hüseynov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Müşfiq Əliyev, Vüqar Məmmədəliyev, Anar Səfiyev, Elgün Yəhyayev, Gülbəniz Mustafayeva, Zemfira Əbdülsəmədova Eşqin Quliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev, Aygün Fətullayeva, Nuranə Hüseynova, Feyruz Məmmədov ifa edəcəklər. Ümumilikdə bu möhtəşəm məhəbbət dastanında kollektivin 50-dən artıq aktyor heyəti rol alıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali səviyyəli toplantısı başa çatıb
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısı başa çatıb. Dövlət Komitəsinin mətbuat xidmıətindən “OLAYLAR”-a bildirilib ki, sabiq prezident, baş nazir və tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə baş tutan görüşün panel iclaslarında Avropada multikulturalizm, tolerantlıq təcrübəsi, hökumətlərlərin multikulturalizm üçün dəstəyi, multikulturalizmin görünən riskləri və onları azaltmağın yolları, eləcə də Avropada sülhün gələcəyi vəBalkanlardakı problemlər geniş müzakirə olunub.
Azərbaycanlı gənclər beynəlxalq layihədə iştirak edir
Gənclər Təşkilatları Milli Şuranın üzv təşkilatı olan “DAN” Beynəlmiləlçi Gənclər İctimai Birliyi və İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin nümayəndələri Türkiyənin Çanaqqala şəhərində məhdud imkanlara malik gənclərin cəmiyyətə inteqrasiyası mövzusunda keçirilən “Access” adlı beynəlxalq layihədə iştirak edirlər.
Azərbaycandakı Amerika Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi arasında görüş keçirilib. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov görüşdə çıxış edərək, son dövrlərdə Azərbaycan dəmir yollarında aparılan islahatlar, vaqon və lokomotiv parkının yenilənməsi istiqamətində atılan addımlar haqqında məlumat verib.
Anasının yanında söyülən gəlin ərini öldürdü
Türkiyədə cinayət hadisəsi qeydə alınıb. Milli.Az DHA-ya istinadla bildirir ki, Bursada 26 yaşlı E.Ç. ərini bıçaqlayaraq öldürüb.
Rusiyada azərbaycanlılar qəzaya düşdülər: ölən var
Rusiyanın Stavropol diyarının Nevinnomısk rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Olaylar.az modern.az-a istinadən xəbər verir ki, "Qafqaz" trasında baş verən qəzada "Mazda" avtomobili və "Volvo" markalı yükdaşıyan toqquşub.
Bakıda Turan Yazqanın anım mərasimi keçirilib
Türk sevdalısı, Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu mərhum Turan Yazqanın anım mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, əvvəlcə Turan Yazqan və bu günlərdə vəfat etmiş liseyin müdiri Əli Devrimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Neft Daşları” yatağında yeni quyu qazılır
“Neft Daşları” yatağındakı 2150 nömrəli meydançadan 2364 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1700 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
Region gəncləri biznes quruculuğuna həvəsləndirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “Region gənclərinin kiçik biznes quruculuğuna həvəsləndirilməsi” adlı layihə uğurla icra edilib. “OLAYLAR”-a daxil olan məlumata görə, İsmayıllı, Qəbələ, Xaçmaz rayonunda həyata keçirilən layihə gənclər tərəfindən böyük maraqla qarşılanıb.
İrəvan xanlığının həqiqətləri
Noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş İrəvan xanlığının tarixinə dair 4 adda broşürün təqdimat mərasimi keçirildi. Təqdimat mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB)birgə təşkilatçılığı ilə reallaşdı.
Obamanı söyən prezident Putinlə görüşə gedir
Filippin prezidenti Rodriqo Duterte Rusiyaya səfər edəcək. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dutertenin özü söyləyib. O, səfərin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə reallaşacağını bildirib.
Rus pilotu öldürən türkün işi bağlanır?
Rusiyalı pilot Oleq Peşkovun ölümündə günahlandırılan Alparslan Çelikin cinayət işi bağlana bilər. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çelikin vəkili Murad Üstündağ söyləyib. Onun sözlərinə görə, hələlik cinayətlə bağlı araşdırma aparılır və iş məhkəməyə verilməyib:














