Region gəncləri biznes quruculuğuna həvəsləndirilir 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “Region gənclərinin kiçik biznes quruculuğuna həvəsləndirilməsi” adlı layihə uğurla icra edilib. “OLAYLAR”-a daxil olan məlumata görə, İsmayıllı, Qəbələ, Xaçmaz rayonunda həyata keçirilən layihə gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən "Region gənclərinin kiçik biznes quruculuğuna həvəsləndirilməsi" adlı layihə uğurla icra edilib. "OLAYLAR"-a daxil olan məlumata görə, İsmayıllı, Qəbələ, Xaçmaz rayonunda həyata keçirilən layihə gənclər tərəfindən böyük maraqla qarşılanıb. Layihə çərçivəsində iştirakçı gənclərə "biznesə necə başlamalı", biznes idarəçiliyi mövzusunda təlimlər keçrilmiş, onlara "biznes plan, onun hazırlanma qaydası", innovativ biznes ideyalar, Startap layihələr, Biznes inkubatorlar və onların təklif etdiyi xidmətlər haqqında məlumatlar verilib. Gənclər həmçinin biznes üçün elektron xidmətlər təklif edən "Elektron Hökumət" portalı və digər maarifləndirici biznes portallarla, faydalı internet resursları ilə tanış edilib. Təlimlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünə məşğulluq dövlət proqramının biznes üzrə təlimçisi, biznes konsultant Orxan Şahbazov tərəfindən aparılıb. Layihə iştirakçılarına biznesə başlamaq üçün faydalı məlumatları, sahibkarlıq fəaliyyətinin hüquqi formaları haqqında məlumatları özündə əks etdirən bukletlər, yazılı köynəklər və digər nəşr - poliqrafiya məhsulları paylanıb. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31