Müxalifətin qapalı toplantısı keçiriləcək
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzinə daxil olan partiyaların növbəti toplantısı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda ölkədə mövcud siyasi-ictimai durum, qərarların icra vəziyyəti və cari məsələlər müzakirə edilib. Görüş iştirakçıları qarşıdan gələn siyasi dövrün detallarını analiz etmiş, baş verən proseslərdə müxalifət düşərgəsinin yerini dəyərləndiriblər. Ölkəni gözləyən yeni siyasi dönəmdə müxalifət qüvvələrinin münasibətlərinin yaxşılaşdırılmasının zəruriliyi vurğulanıb. Qərara alınıb ki, Mərkəzə daxil olan siyasi partiyaların təşkilatçılığı ilə növbəti həftə bir sıra siyasi qurumların iştirakı şəraitində qapalı müzakirə təşkil edilsin. İclasda bir sıra cari məsələlərə də baxılıb.
24 Noyabr 2016 14:15 SiyasətKlassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında "Azadlıq" Siyasi Əməkdaşlıq Mərkəzinə daxil olan partiyaların növbəti toplantısı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, iclasda ölkədə mövcud siyasi-ictimai durum, qərarların icra vəziyyəti və cari məsələlər müzakirə edilib. Görüş iştirakçıları qarşıdan gələn siyasi dövrün detallarını analiz etmiş, baş verən proseslərdə müxalifət düşərgəsinin yerini dəyərləndiriblər. Ölkəni gözləyən yeni siyasi dönəmdə müxalifət qüvvələrinin münasibətlərinin yaxşılaşdırılmasının zəruriliyi vurğulanıb. Qərara alınıb ki, Mərkəzə daxil olan siyasi partiyaların təşkilatçılığı ilə növbəti həftə bir sıra siyasi qurumların iştirakı şəraitində qapalı müzakirə təşkil edilsin. İclasda bir sıra cari məsələlərə də baxılıb.