Bakıda Turan Yazqanın anım mərasimi keçirilib
Türk sevdalısı, Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu mərhum Turan Yazqanın anım mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, əvvəlcə Turan Yazqan və bu günlərdə vəfat etmiş liseyin müdiri Əli Devrimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
24 Noyabr 2016 13:58 SosialTürk sevdalısı, Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu mərhum Turan Yazqanın anım mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, əvvəlcə Turan Yazqan və bu günlərdə vəfat etmiş liseyin müdiri Əli Devrimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Atatürk Liseyində baş tutan anım mərasimində təhsil ocağının müəllim və şagirdləri, eləcə də Turan Yazqan şəxsiyyətinə ehtiramla yanaşan qonaqlar iştirak edib. Anım mərasimində çıxış edən liseyin müdir əvəzi Musa Ediz Turan Yazqanla bağlı xatirələrini bölüşüb, onun Türk sevdalısı, bütün varlığını Türk dünyasına həsr edən dahi şəxsiyyət olduğunu bildirib. Mərasimdə çıxış edən liseyin müəllimləri Dursun Elmas, Mehri Həsənova və başqaları da Turan Yazqanla bağlı xatirələrini bölüşüblər. Çıxışlardan sonra Turan Yazqanın həyat və fəaliyyətini əks etdirən slayd şou nümayiş etdirilib və şagirdlərin ifasında musiqi parçaları, şerlər səsləndirilib.