Azərbaycanlı gənclər beynəlxalq layihədə iştirak edir

Gənclər Təşkilatları Milli Şuranın üzv təşkilatı olan “DAN” Beynəlmiləlçi Gənclər İctimai Birliyi və İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin nümayəndələri Türkiyənin Çanaqqala şəhərində məhdud imkanlara malik gənclərin cəmiyyətə inteqrasiyası mövzusunda keçirilən “Access” adlı beynəlxalq layihədə iştirak edirlər.

Gənclər Təşkilatları Milli Şuranın üzv təşkilatı olan "DAN" Beynəlmiləlçi Gənclər İctimai Birliyi və İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin nümayəndələri Türkiyənin Çanaqqala şəhərində məhdud imkanlara malik gənclərin cəmiyyətə inteqrasiyası mövzusunda keçirilən "Access" adlı beynəlxalq layihədə iştirak edirlər. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan, Gürcüstan, Sloveniya, Portuqaliya və Türkiyə gənclərinin iştirak etdiyi layihə hər ölkədən 6 nümayəndə olmaqla 30 gəncin iştirakı ilə keçirilir. Tədbirin keçirilməsində məqsəd məhdud imkanlara malik gənclərin sosial həyata inteqrasiyası, onlara fəal vətəndaşlıq ruhunun aşılanması, şəxsi və peşəkar keyfiyyət və bacarıqlarının inkişa etdirilməsi ilə onların işqabiliyyətinin artırılmasıdır. Təqdimatların, müzakirələrin və debatların keçirildiyi tədbirdə, həmçinin iştirakçı ölkələrin bu sahədə olan təcrübələri paylaşılıb və qeyd olunan mövzu çərçivəsində gələcək fəaliyyətlərlə bağlı söhbətlər aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31