Sumqayıtda yaşayış binasında yanğın olub

1 nəfər ölüb, 10 sakin təxliyə edilib

1 nəfər ölüb, 10 sakin təxliyə edilib
 

Sumqayıtda yaşayış binasında yanğın olub. "Olaylar"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəhər ərazisində dördmərtəbəli yaşayış binasının zirzəmisində 5 m² sahədə məişət tullantıları yanıb. Yanğın kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 1 kişi cəsədi aşkar olunub.Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31