Gündəm

İpoteka almaq istəyənlərə şad xəbər

24 Noyabr 2016 14:50

"Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil bankları tərəfindən http://www.e-ipoteka.az/ internet portalı üzərindən ipoteka kreditləri üzrə vətəndaşlardan müraciətlərin qəbuluna başlanılıb.

Dəhşətli yanğının məhkəməsində Hacıbala Abutalıbovun MƏKTUBU AÇIQLANDI

24 Noyabr 2016 14:48

Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğınla bağlı həbs olunan "Qlobal Stone" MMC-nin pbaş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, Binəqədi rayon icra hakiminin sabiq müavini Qəzənfər Novruzov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb

24 Noyabr 2016 14:45

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin tərkibində yeni struktur vahidi Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb.

Sərdar Ortaçdan bəd xəbər: Vəziyyəti ağırdır

24 Noyabr 2016 14:42

İki ildir müalicə alan Sərdar Ortaçın vəziyyəti hər gün daha da ağırlaşır. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "MS" (mərkəzi sinir sistemi xəstəliyi) diaqnozu qoyulan müğənninin səhhəti yaxşı deyil. Hava limanında görüntülənən ulduzun güclə gəzdiyi diqqətdən qaçmayıb. Ayaqda güclə dayanan Sərdar dostu Uğur Kirikin qoluna girərək gəzib. Lakin o, kameraları görən kimi dostunun qolunu buraxıb tək başına gəzməyə başlayıb.

Myanmanın Yanqon şəhərində bir neçə bomba partladılıb

24 Noyabr 2016 14:40

Bu gün Myanmanın iri şəhərlərindən biri olan Yanqonda bir neçə bomba partladılıb.  "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin İnformasiya Nazirliyinin məlumatında deyilir.

Telefonuna cavab verməyən arvadını öldürdü

24 Noyabr 2016 14:38

Türkiyədə cinayət hadisəsi qeydə alınıb. Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, Eskişehirdəki otellərin birində işləyən 53 yaşlı İsmet A. həyat yoldaşını bıçaqlayıb. Ürəyindən bıçaq zərbəsi alan 49 yaşlı Selime həyatını itirib.

Turizmçilər Latviyaya səfər edəcək

24 Noyabr 2016 14:36

Mədəniyyət və Turizm Nazirliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əməkdaşlığı çərçivəsində Cəmiyyətin Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı Göygöl Milli Parkın ətrafında yerləşən kəndlərdə turizmin təşviqinə hədəflənmiş pilot layihəni həyata keçirir.

Məktəbdə xeyriyyə aksiyası keçirilib

24 Noyabr 2016 14:35

Noyabrın 24-də Nardaran qəsəbəsindəki 130 nömrəli tam orta məktəbdə xeyriyyə aksiyası keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, aksiyanın əsas məqsədi “Sağlam Gələcək” layihəsi çərçivəsində şagirdlərin gözlərini pulsuz müayinə etməkdən ibarətdir. “Atəşgah” Sığorta Şirkəti və “Avrasiya” Hospitalının birgə təşkilatçılığı ilə təşkil edilən xeyriyyə aksiyası çərçivəsində şagirdlərin gözləri müayinə olunub, onlara müvafiq məsləhətlər verilib. Şagirdləri müayinə edərkən onları maraqlandıran suallar da ətraflı şəkildə cavablandırılıb. Sonda 130 nömrəli məktəbin direktoru Ağasəid Orucov belə xeyriyyə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayaraq təşkilatçılara minnətdarlığını bildirib. Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkətinin 20 illiyi ilə əlaqədar məktəbdə keçirilən xeyriyyə aksiyası sabah da davam edəcək.

Prezident təqaüdçülərinin konserti keçiriləcək

24 Noyabr 2016 14:33

Prezident təqaüdçüləri olan gənc istedadlı musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq paytaxt və bölgələrdə Prezident təqaüdçülərinin konsertlərini təşkil edir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, cari ilin may ayında Gəncə şəhərində, sentyabr ayında isə Biləsuvar şəhərində Prezident təqaüdçülərinin konsertləri keçirilib. Bakı şəhərində keçiriləcək növbəti konsert “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə həsr olunur. Konsertdə gənc istedadlar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa edəcəklər. Konsert Beynəlxalq Muğam Mərkəzində noyabrın 28-də baş tutacaq.

Ərdoğan: "Qərbin səmimiyyətinə inanmaq mümkündürmü?"

24 Noyabr 2016 14:31

"Avropa İttifaqında PKK-nı terror təşkilatı elan edənlər indi Avropa meydanlarında onların nümayiş keçirməsinə icazə verirlər".

Böyük siyasətin bir fraqmenti: Yaxın Şərq və yeni dünya nizamı iddiaları

24 Noyabr 2016 14:29

İndi mütəxəssislər yeni dünya nizamı haqqında regional münaqişələr kontekstində danışmağı sevirlər. Burada bir məntiq vardır. Çünki Yer kürəsinin müxtəlif guşələrində özünü göstərən ixtilafların qlobal geosiyasi güclərlə əlaqəli olduğuna şübhə yeri qalmayıb.

Model çəkilişdə pərt oldu - VİDEO - FOTO

24 Noyabr 2016 14:27

Avstraliyanın gənc və populyar modellərindən biri, Dabbo şəhərindən olan Keytlen Dodd növbəti reklam çəkilişində qlamur poza almışdı.

Beyl "Real"a keçəndən 15 dəfə zədələnib

24 Noyabr 2016 14:24

Qaret Beylin 2013-cü ildə "Tottenhem"dən "Real"a keçəndən sonra daha çox zədələndiyi məlum olub.

Ajda dünyanın 100 güclü qadını siyahısında

24 Noyabr 2016 14:22

Türkiyəli məşhur müğənni dünyanın ən güclü 100 qadını sırasına daxil ola bilib. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu il 25-ci "The Hollywood reporter women in entertaintment power:100" baş tutacaq.

İbrahimin oğlu atasının toyundan danışdı: "Evlənəcəm deyibsə..." 

24 Noyabr 2016 14:20

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin evlənməsi barədə xəbərlər yayılmışdı. Milli.Az bildirir ki, bu barədə məlumatı müğənninin yaxın dostu tədbirlərin birində demişdi. Onun Damla Buket Çakıcı ilə evlənəciyi deyilir.