Beyl "Real"a keçəndən 15 dəfə zədələnib
Qaret Beylin 2013-cü ildə "Tottenhem"dən "Real"a keçəndən sonra daha çox zədələndiyi məlum olub.
24 Noyabr 2016 14:24 İdmanQaret Beylin 2013-cü ildə "Tottenhem"dən "Real"a keçəndən sonra daha çox zədələndiyi məlum olub.
Olaylar.az goal.az-a istinadən xəbər verir ki, İspaniyanın "EFE" nəşri onun "Real" karyerasında müxtəlif dərəcəli 15 zədə aldığını müəyyənləşdirib. "Real"ın 100 milyon avro ödədiyi uelsli 192 oyundan 139-da meydana çıxıb. Bu, 72.39% təşkil edir. Beylin əsas baldır nahiyəsində problem yaşadığı qeyd olunur.
O, sonuncu zədəsini "Sporting"lə oyunda (2:1) alıb. Beylin "El Klasiko"da (3 dekabr) iştirakı sual altındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31