Prezident təqaüdçülərinin konserti keçiriləcək

Prezident təqaüdçüləri olan gənc istedadlı musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq paytaxt və bölgələrdə Prezident təqaüdçülərinin konsertlərini təşkil edir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, cari ilin may ayında Gəncə şəhərində, sentyabr ayında isə Biləsuvar şəhərində Prezident təqaüdçülərinin konsertləri keçirilib. Bakı şəhərində keçiriləcək növbəti konsert “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə həsr olunur. Konsertdə gənc istedadlar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa edəcəklər. Konsert Beynəlxalq Muğam Mərkəzində noyabrın 28-də baş tutacaq.

Prezident təqaüdçüləri olan gənc istedadlı musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq paytaxt və bölgələrdə Prezident təqaüdçülərinin konsertlərini təşkil edir. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, cari ilin may ayında Gəncə şəhərində, sentyabr ayında isə Biləsuvar şəhərində Prezident təqaüdçülərinin konsertləri keçirilib. Bakı şəhərində keçiriləcək növbəti konsert "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə həsr olunur. Konsertdə gənc istedadlar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa edəcəklər. Konsert Beynəlxalq Muğam Mərkəzində noyabrın 28-də baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31