Gündəm

İrandan diri quş idxalına məhudiyyət qoyulub

24 Noyabr 2016 15:32

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən (BEB) 22 noyabr 2016-cı il tarixdə İran İslam Respublikasının Tehran bölgəsində iki damaz- lıq quşçuluq təsərrüfatında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) xəstəli- yinin yayılması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı üçün İran İslam Respublikasından diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması məqsədi ilə əmr imzalanmışdır.

Nazirlikdə korrupsiya ilə bağlı treninq keçirilib

24 Noyabr 2016 15:27

Müdafiə Sənayesi Nazirliyində Azərbaycan Respublikasi Prezidentinin 27 aprel 2016-cı il tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən korrupsiyaya qarşı mübarizəyə və etik davranış qaydalarına əməl olunmasına dair növbəti treninq keçirilib. Bu barədə nazirlikdən verilən məlumata görə, treninqdə dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi kimi məsələlərə dair geniş müzakirələr aparılıb, dövlət qulluqçularının qeyd olunan məsələlərə daim məsuliyyətlə yanaşmalarının vacibliyi qeyd edilib. 

Qəbiristanlıqdan silah-sursat tapılıb

24 Noyabr 2016 15:26

Bakıda qəbiristanlıqdan silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən Lökbatan qəsəbəsi ərazisindəki qəbiristanlıqdan “Revolver” tipli tapança və 5 ədəd patron tapılıb.

Gözətçi köşkdə yanaraq ölüb

24 Noyabr 2016 15:22

Bakıda gözətçi köşkü yanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə noyabrın 22-də saat 23.00 radələrində Nərimanov rayonu ərazisində yerləşən avtodayanacaqlardan birində baş verib. Nəticədə köşkün yanar konstruksiyaları yanıb, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş gözətçi, Lənkəran rayon sakini Tərlan Zeynalov isə noyabrın 23-də orada ölüb.Faktla bağlı araşdırma aparılır.

Bakıda qumarxana aşkarlandı

24 Noyabr 2016 15:21

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yasamal rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz idman mərc və qumar oyunlarının keçirilməsi barədə əməliyyat məlumatı daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən çay evinə baxış keçirilib. Nəticədə həmin obyektdə qanunsuz mərc, qumar oyunları təşkil edən Bakı şəhər sakini Mehdi Cəfərov və Ağstafa rayon sakini Müqabil Pənahov saxlanılıblar. Bununla yanaşı çay evinə baxış zamanı mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, yazılı şəkildə olan uduşlu mərc kuponları, eləcə də digər əşyalar aşkar edilərək götürülüb. Araşdırmalar zamanı edilib ki, M.Cəfərov və M.Pənahov müvafiq qanunvericiliyin tələblərini pozaraq qanunsuz idman mərc oyunlarının təşkili nəticəsində külli miqdarda gəlir götürüblər. Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

"Azidman" MMC-yə məxsus anbarda oğurluq olub

24 Noyabr 2016 15:20

İyunun 16-da rayon ərazisində yerləşən "Azidman" MMC-yə məxsus anbardan oğurluq edilib. DİN-dən verilən məlumata görə, Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 89186 manat dəyərində süni dam örtüyünü və ona aid qaynaq naqillərini oğurlamaqda şübhəli bilinən digər şəxs - İsmayıllı rayon sakini Asif Əbilov saxlanılıb.

Baş nazir Sarkisyanın partiyasında: "Qarabağ məsələsi və..."

24 Noyabr 2016 15:17

Ermənistanın baş naziri Karen Karapetyan cümə axşamı hakim Ermənistan Respublika Partiyasının (ERP) sıralarına qoşulmaq üçün ərizə yazıb. Olaylar.az xəbər verir ki, bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir. 

Bakı sakinində saxta pasport aşkarlanıb

24 Noyabr 2016 15:15

Paytaxt sakinindən saxta sənədlər aşkar edilərək götürülüb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mehin Mahmudzadədən Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən saxta pasport və Moskva şəhərində orta məktəbi bitirməsinə dair saxta attestat aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.

“Made in Azerbaijan” brendinin yaradılmasına nə mane olur?

24 Noyabr 2016 15:14

Komitə sədri: “Sahibkarlar beynəxalq sertifikatların və patentlərin alınmasında problemlərlə qarşılaşırlar”  Bir müddət öncə Azərbaycan prezidenti İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” fərman imzalayıb.

Tanrının qutsal ruhu – Çingiz Xan

24 Noyabr 2016 15:11

(hekayə) "Bir mismarı kiçik bilmә. Bir mismar bir nalı, bir nal bir atı, bir at bir sәrkәrdәni, bir sәrkәrdә bir ordunu, bir orduda bir dövlәti xilas edir"

Əlilliyin təyinatındakı yenilik cəmiyyətə nə verəcək

24 Noyabr 2016 15:07

Vətəndaş-məmur münasibətlərinə son qoyulur Azərbaycanda süründürməçilik, bürokratik əngəllər və ən nəhayət rüşvət hallarının aradan qaldırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilməkdədir. Xüsusən, informasiya ...t. kommunukasiya sahəsindəki yeniliklərin tətbiqi sözün həqiqi mənasında şəfaflığın təmini və vətəndaş-məmur münasibətlərinə son qoyulmasına hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər də məhz bu məqsədlərə xidmət edir. Sözügedən qərar sözün həqiqimənasında əlilliyin qiymətləndirilməsi prosesinin elektron texnologiyalar əsasında şəffaf şəraitdə həyata keçirilməsini və bu sahədə məmur-vətəndaş təmaslarının tam aradan qaldırılmasını təmin edir. Bəs, bu dəyişikliklərin mahiyyəti nədn ibarətdir?

Banklar hesabatlılıq öhdəliklərinə əməl etməkdən necə yayınırlar?

24 Noyabr 2016 15:04

Samir Əliyev: “Bu həmin bankların maliyyə vəziyyəti barədə əhalidə, o cümlədən ekspertlərdə şübhələr yaradırdı” Keçən ilin sonlarında baş verən devalvasiyadan sonra ölkədə fəaliyyət göstərən bir sıra banklar yaranmış vəziyyətə adekvat fəaliyyət göstərə bilməyərək işini dayandırdı. Həmin ərəfədə istər-istəməz cəmiyyətdə belə bir sual meydana çıxdı ki, banklar nə üçün rentabelli fəaliyyət göstərə bilmədilər. Eləcə də müştəri hesabına milyonlar əldə edən bu maliyyə qurumları hansı səbəbdən ən adi məsələləri belə öz müştərisindən gizlədərək onu maliyyə sirri kimi cəmiyyətə ötürməkdən yayınır.  Bu günlərdə isə bu maliyyə qurumlarında cəmiyyətə açıqlıq prosesi müşahidə edilməyə başladı. Məlum oldu ki, bu da səbəbsiz deyil. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda korporativ idarəetmə standartları”nın tələblərinə müvafiq məlumatların açıqlanması ilə bağlı banklara xəbərdarlıq məktubu göndərib və hətta bu tələblərə əməl etməyən 10-dan çox banka qarşı maliyyə sanksiyasının tətbiq edib.

“Ərəb dünyasında yaşananları bir qitənin və ya millətin fəlakəti sayanlar...”

24 Noyabr 2016 15:00

Zahid Oruc: “Cəmi on il sonra səhv etdiklərini yaxşı görəcəklər” “Yaxın Şərqin səhnələri oba-oba, oymaq-oymaq yerini dəyişir” Günümüzdə dünyanın müxtəlif regionlarında baş verən münaqişələr, silahlı toqquşmalar daha çox uşaqlara ciddi təsir göstərir, onların həyatlarına son qoyur. Təkcə münaqişələrin uşaqlara vurduğu ziyanlar bununla kifayətlənmir. Həmçinin onlar bu münaqişələr nəticəsində valideynlərini itirir, ev-eşiksiz qalır, təhsildən yayınırlar. Bu kimi acınacaqlı durumılar, başsız, valideyn himayəsindən kənarda qalan uşaqlar isə asanlıqla terror təşkilatlarının tələsinə düşür və onlardan canlı bomba kimi istifadə edirlər.

Rusiyada 9 ay ərzində 9 min adam ölüb – SƏBƏB

24 Noyabr 2016 14:56

2016-cı ilin yanvar-sentyabr ayları ərzində Rusiyada alkoqoldan zəhərlənmə nəticəsində 9 min 300 nəfər ölüb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, ölüm halları keçən illə müqayisədə 23 faiz çoxdur.

Türkiyənın tanınmış müğənnisi Sibel Can məhkəməyə verilib

24 Noyabr 2016 14:53

Türkiyənın tanınmış müğənnisi Sibel Can məhkəməyə verilib. "Report" Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, müğənni Alihan (Ali Kızıltepe) "Bir kış masalı" ("Bir qış nağılı") mahnısına görə bu addımı atıb.