“Ərəb dünyasında yaşananları bir qitənin və ya millətin fəlakəti sayanlar...”

Zahid Oruc: “Cəmi on il sonra səhv etdiklərini yaxşı görəcəklər” “Yaxın Şərqin səhnələri oba-oba, oymaq-oymaq yerini dəyişir” Günümüzdə dünyanın müxtəlif regionlarında baş verən münaqişələr, silahlı toqquşmalar daha çox uşaqlara ciddi təsir göstərir, onların həyatlarına son qoyur. Təkcə münaqişələrin uşaqlara vurduğu ziyanlar bununla kifayətlənmir. Həmçinin onlar bu münaqişələr nəticəsində valideynlərini itirir, ev-eşiksiz qalır, təhsildən yayınırlar. Bu kimi acınacaqlı durumılar, başsız, valideyn himayəsindən kənarda qalan uşaqlar isə asanlıqla terror təşkilatlarının tələsinə düşür və onlardan canlı bomba kimi istifadə edirlər.

Zahid Oruc: "Cəmi on il sonra səhv etdiklərini yaxşı görəcəklər"

"Yaxın Şərqin səhnələri oba-oba, oymaq-oymaq yerini dəyişir"

Günümüzdə dünyanın müxtəlif regionlarında baş verən münaqişələr, silahlı toqquşmalar daha çox uşaqlara ciddi təsir göstərir, onların həyatlarına son qoyur. Təkcə münaqişələrin uşaqlara vurduğu ziyanlar bununla kifayətlənmir. Həmçinin onlar bu münaqişələr nəticəsində valideynlərini itirir, ev-eşiksiz qalır, təhsildən yayınırlar. Bu kimi acınacaqlı durumılar, başsız, valideyn himayəsindən kənarda qalan uşaqlar isə asanlıqla terror təşkilatlarının tələsinə düşür və onlardan canlı bomba kimi istifadə edirlər.

Millət vəkili Zahid Oruc deyir ki, uşaqlardan terror təşkilatları və eləcə də digər bu kimi qruplaşmaların istifadə etməsi tək günümüzün problemi deyil. Onun sözlərinə görə, hələ illər öncəsi uşaqlardan bir vasitə kimi istifadə edilirdi: "Vaxtilə Berlində, millətçi-sosializmin ayaq səslərinin simfoniyaya çevrildiyi 30-cu illərdə uşaqlar da sinfi düşmənlərinə qarşı mübarizə üçün böyüklərin yanında yer almağa can atırdılar. Onlar sovet quruluşu ilə bəhsə görə meydana çıxmamışdılar. Bəlkə də əksinə, bolşeviklər faşizmdən daha çox şeyləri əxz etmişdilər. Hər halda uşaq ordularının yaradılmasını hər iki ideologiyanın yayılmasında unikal nümunə hesab etmək olar. İsa Məsihi yalnız hakimiyyətə gələnə qədər tanıyan və onu xilaskar kimi görən Adolf Hitler öz ideologiyasına sitayiş edən milyonlarla insanın qarşısında çıxış edəndə şəxsini Allah kimi hiss edirdi. Onda uşaqlar öz rəhbərlərinin dilində ölməyə və öldürməyə and içirdilər. Nəticəsi hər kəsə bəllidir. 50 milyondan artıq insanın yer üzündən silinməsi üçün törədilən dünya müharibəsi təkcə bir xalqın deyil, bəşəriyyətin faciəsinə çevrildi". Millət vəkili qeyd edir ki, indi Suriyada insanlıq dramı içərisində qətlə yetirilən 400 mindən artıq insanın arxa cəbhəsində milyonla körpə və uşaq faşizm dərslərinə aid olan kütləvi qırğının əvəzsiz nümunəsidir: "Hitlerizm həmin vəhşətin içərisində hər gün təcəlla edir və o səhnələri izləyən hər kəsi yoluxdurur. Özünün qurbanına çevirir. Baxçalarda dil açmalı olan nəsil oyuncaqların dünyasından çıxaraq birdən-birə böyüyür, hətta gizlənqaç oynamağa macal tapmadıları məhəllələrdə bir neçə ilin içərisində qocalırlar da. On beş yaşlı döyüşçülər indi Somalidə, Konqoda, yaxud Birmada deyil, İraqda və Suriyada ən mühüm hərbi tapşırıqlara və mürəkkəb əməliyyatlara göndərilirlər. Balacalar qitə-qitə irəliləyirlər. Afrikadan Asiyaya və daha sonra Avropaya doğru. Videoçarxlarda gördüyünüz kimi,daha böyük ictimai effekt doğursun deyə, əsir və girovları məhz uşaq terrorçuların əliylə qətlə yetirirlər. 3 il öncə Hələbi terrorçular ələ keçirəndə şəhərin baş nahiyəsində keşik çəkmək üçün təyin etdikləri uşaq cəngavər qoruduğu postda kimi görsə, öldürmək tapşırığını almışdı. Özü də məhv etdiyi adamların hər nəfərinə görə 3 dollar mükafat da

qazanacaqdı. Bir aya cəmi 15 nəfərin cəsədini yerə sərmək nailiyyət sayıla bilməzdi. Ancaq dami iş yeri və maraqlı məşğuliyyət baxımından qanlı keşikçiliyi nə əvəzləyə bilərdi? Hər gün dağılan binaların uçmuş divarları altından onlarla uşağı dartıb çölə çıxarırlar. Qorxudan və ətraflarında baş verən fəlakətdən sarsılan körpələrin gözləri yalağına sığmır. Qeyri-müəyyənliyə tikilmiş o baxışlar hamıdan hesab tələb etməyə hazır olsa da, onlar hakimləri və müttəhimləri qarşılarında görə bilmirlər. Əvəzində isti ocaqlarını tərk edərək dənizlər və okeanlar keçməyə məcbur olan azyaşlılar təpik və təhqir gördükləri Ağ Avropanın tikdiyi yeni Berlin divarlarını və tikanlı məftilləri yarıb keçməyə məhkum ediliblər. Uşaq nifrətinin nüvə silahlarından güclü olduğunu bilməyənlərin və silahlı polisin gücünə arxayın olanların məğlubiyyəti burada qaçılmazdır. Çünki ərəb balalarını o biri dünyanın adamları kimi qəbul edən, şirin yuxular içərisində yatan övladlarını qorumağa çalışan Qoca Qitə xərclədiyi milyardlara baxmayaraq, qarşılarında artıq qorxu hissini itirmişləri i görürlər. Suriyalı-iraqlı uşaqların keçdiyi müharibə dərsləri əyani vəsaitlər kimi dünyanın sərvətinə çevrilib. Yuxularında görünən divi, əcinnəni yozmağa adam axtarmağa ehtiyac qalmayıb. Çünki gerçəklik daha eybəcərdir". Zahid Oruc deyib ki, ərəb dünyasında yaşananları bir qitənin və ya millətin fəlakəti sayanlar cəmi on il sonra səhv etdiklərini yaxşı görəcəklər: "Ana laylalarını və isti qucaqları beton dağıntılardan ibarət beşiyə dəyişənlər, 20 yaşdan sonra böyüklərdən aldıqları dərsləri geri qaytaracaqlar. Silah səsləri zəngli saatın əvəzindən hər gün milyonlarla uşağı yerindən qaldırıb "təlimə-tərbiyə"yə göndərir. Burada yatıb qalmaq yoxdur-ölmək var və ya sağ qalmağın qiyamət yolu var. Yaxın Şərqin səhnələri oba-oba, oymaq-oymaq yerini dəyişir və hər qitənin öz "Yaxın Şərqi" olana qədər qatı sisli dumanını sürdürəcəyini vəd edir. Bax onda böyük siyasi paytaxtlarda sağçıların, yoxsa solçuların, dinsizlərin, yaxud Allah ordularının adından çıxış edən ağzı köpüklü liderlərin vədlərinə baxan olmayacaq. Hər halda dünyanı bəlans qanunu idarə edir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31