“Made in Azerbaijan” brendinin yaradılmasına nə mane olur?

Komitə sədri: “Sahibkarlar beynəxalq sertifikatların və patentlərin alınmasında problemlərlə qarşılaşırlar”  Bir müddət öncə Azərbaycan prezidenti İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” fərman imzalayıb.

Komitə sədri: "Sahibkarlar beynəxalq sertifikatların və patentlərin alınmasında problemlərlə qarşılaşırlar" 

Bir müddət öncə Azərbaycan prezidenti İlham Əliyev "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"nın təsdiq edilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən "Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat"ın forması da təsdiq edilib. Nazirlər Kabinetinə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2017-ci il və növbəti illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrində bu Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin nəzərə alınmasını təmin etmək tapşırılıb. Artıq sözügedən fərmanın icrası ilə bağlı xeyli işlər görülüb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, artıq bununla əlaqədar standartlaşdırma və texniki tənzimləmə sahəsində əsas hədəflər müəyyən edilib. Hədəflər əsasən iqtisadiyyatın vacib sahələrini əhatə edəcək, xüsusilə qeyri-neft məhsulları sahəsində konsensus prinsipi əsasında fəaliyyət göstərən standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin genişləndirilməsinə yönəlib: "Müasir standartların Azərbaycanda tətbiqi üçün biz texniki komitələrin işindən geniş istifadə edirik. Burada ən əsası sahibkarlar standartların hazırlanmasında yaxından iştirak edir, rəy və təkliflərini bildirirlər. Məhsullarını xarici bazarlara çıxarmaqda maraqlı olanlar texniki maneə ilə üzləşdikdə normativ sənədlərdə dəyişiklik təkliflərini məhz bu texniki komitələrə edir və burada müzakirə olunaraq əsaslandırılır və standart layihəsi və ya düzəlişlər hazırlanır, komitəyə təqdim edilir. Bunun nəticəsidir ki, hazırda ölkədə qüvvədə olan 941 milli standartdan 41%-i beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Bu proses davam etdirilir. Bundan başqa könüllü standartlara keçid və biznesə dəstək məqsədilə beynəlxalq standartların Azərbaycanda işlənilməsinin və tətbiqinin asanlaşdırılması istiqamətində işləyirik. Milli standartlaşdırma qurumunun institusional inkişafının təmin olunması, standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması və mövcud normativ bazanın təkmilləşdirilməsi məqsədilə bu sahədə olan kadr potensialının gücləndirilməsi təmin olunmaqla standartlaşdırma sahəsində beynəlxalq və regional təşkilatlarda üzvlük statusunun artırılması da hədəflərimizdəndir". Komitə sədrinin sözlərinə görə, ölkə başçısı İlham Əliyevin islahatları çərçivəsində çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində bu il əhəmiyyətli qərarlar qəbul olunub. Bu sırada atılan addımlardan biri də qeyri-neft məhsulları ixracını stimullaşdırmaq üçün "Made in Azerbaijan" brendinin yaradılması və təşviqi barədə bir neçə sərəncam və fərmanların imzalanmasıdır: "Bu gün dünya bazarlarında rəqabətə girəcək məhsullara beynəxalq qiymətləndirmə şirkətləri tərəfindən sertifikatların verilməsi və patentlərin alınması vacibdir. Lakin bir çox hallarda Azərbaycan şirkətləri bu sahədə problemlərlə qarşılaşırlar. Elə bu problemləri də nəzərə alan cənab Prezident ixracatçıların xarici ölkələrdə məhsula sertifikat alınmasının, habelə, əmtəə nişanlarının Azərbaycanda və xaricdə qeydiyyatına görə dəstək verilməsinin önəmli olduğunu və müvafiq dövlət orqanlarının da bu müstəvidə ixracatçılara dəstək olmasının mühüm olduğunu bildirmişdir. Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bu məsələyə toxunan Prezident dünyada "Made in Azerbaijan" brendinin təbliğ olunmasının vacibliyini qeyd edib. Biz hesab edirik ki, hər hansı bir məhsulun istehsalı ilə məşğul olan sahibkarlar məhsulların ixrac qabiliyyətini nəzərə almalıdırlar. İstehsal olunan məhsul keyfiyyətli, rəqabətədavamlı olmaldır ki, dünya bazarında özünə yer tapa bilsin". Onun sözlərinə görə, bu məqsədlə sahibkarlarla bazara rəqabətqabiliyyətli və keyfiyyətli məhsul çıxarmaları məqsədi ilə mütəmadi olaraq marifləndirici tədbirlər həyata keçirilir, seminarlar təşkil edilir və onlara məsləhətlər verilir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə, bir çox ölkələrlə ikitərəfli əməkdaşlıq digər sahələrdə olduğu kimi əqli mülkiyyət hüquqlarının qorunması sahəsində də aparılır. ÜƏMT-nin müvafiq saziş və konvensiyalarında iştirak yerli istehsala, sahibkarlara daha effektli xidmət etməyə imkan yaradır. Məsələn, yerli brendlərin maraq kəsb edən xarici ölkələrdə qeydiyyatı üçün "AzPatent"in xidmətlərindən yararlanaraq, beynəlxalq sənədlərin verdiyi imkanlardan səmərəli istifadə etmək mümkündür: "Bu məqamda sənaye mülkiyyəti obyektləri sırasında ixtiraların sənayedə tətbiqi mexanizmlərinin inkişafı zəruriyyətinə diqqət çəkmək istərdim. Dünya iqtisadiyyatının inkişafını şərtləndirən əsas amillər sırasında innovativlik hər zaman aparıcı yer tutmaqdadır. İqtisadi inkişafın səviyyəsi, sənayenin rəqabətqabiliyyətliliyi investisiyaların həcmi ilə bərabər, innovativliyinin səviyyəsi ilə daha da çox qiymətləndirilməkdədir. Cari iqtisadi proseslər Azərbaycan sənayesində innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarında rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlmişdir. Sənayenin effektivliyinə təsir edən bir çox iqtisadi və sosial faktorlar sırasında yaradıcı yeniliklər əsas amillər kimi qiymətləndirilir. Intellektual komponentlər qeyri-maddi aktivlər olaraq məhsul və xidmətlərə əlavə istehlak xüsusiyyətləri verməklə istehlak bazarında daha da uğurlu nəticələrə yol açır.Bu baxımdan ölkəmizdə elmin iqtisadiyyatla, sənaye ilə bağlantısının təmin olunması, yeni həllərin axtarışının təşviq olunması, real iqtisadi səmərəyə yönəlmiş elmi nəticələr üzərində hüquqların qorunması istiqamətində birgə fəaliyyətin vacibliyi artmaqdadır. Buna görə də əqli mülkiyyət obyektləri üzərində hüquqların düzgün müəyyən olunması, qorunması və effektiv idarəolunması mexanizmlərinin davamlı inkişafı zəruridir".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31