Gündəm
Gömrükdə saxlanan siqaretlər satılır?
Azərbaycanda gömrük orqanlarının əməkdaşları mütəmadi olaraq ölkəyə ərazisinə daxil olan saxta, aksiz markasız mal və ya məhsulları müsadirə edirlər. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, statistikaya nəzər salsaq, hələ cari ilin sentyabr ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 41 mindən çox aksiz markasız siqaret aşkar edilərək götürülüb. Noyabrın 21-də aparılan son əməliyyat zamanı isə 6 ədəd karton yeşiyin içərisinə yığılmış külli miqdarda aksiz markasız "NZ" siqaretləri aşkar edilib. Aşkar edilən aksiz markasız malların siyahısına təkcə siqaretlər deyil, eyni zamanda müxtəlif vaxtlarda ələ keçirilmiş içkilər, ərzaq məhsulları da daxildir.
"Sarkisyan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, qoşunlarını işğal olunmuş ərazilərdən çıxarsın"
"Ermənistan prezidenti həqiqətən Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırsa, onda ilk addım kimi öz qoşunlarını işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarmalıdır".
Azərbaycanda əhalinin sayı hər il bu qədər artacaq
Azərbaycanda 2017-2020-ci illər ərzində ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artacağı gözlənilir. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası"nın layihəsində qeyd olunub.
Avropa Parlamentinin sədri istefa verir - VİDEO
Avropa Parlamentinin sədri Martin Şults tutduğu postdan istefa vermək niyyətindədir. Milli.Az N24-ə istinadən bildirir ki, o, Almaniya bundestaqına 2017-ci ildə keçiriləcək seçkilərə qatılmaq və Almaniya Sosial-Demokrat Partiyasının Şimali Reyn-Vestfaliya federal əyalətindəki seçki siyahısına başçılıq etmək niyyətindədir.
4 yaşlı qızları üçün ilə 19 min dollar verəcəklər
Müğənni Beyons və Cey Zi cütlüyü qızları Blu Ayvi üçün şəhərlərini dəyişirlər. Olaylar.az axşam.az-a istinadən bildirir ki, ailə Nyu-Yorkdan Los-Ancelesə köçür. Buna səbəb isə 4 yaşlı qızlarına yaxşı təhsil vermək istəkləridir. Bu ideyanı onlara aktrisa Qvinet Peltrou verib. O, uşaqların həyatının Los-Ancelesdə daha yaxşı olduğunu bildirib.
Terror hücumları Konqresin Bakıda keçirilməsinə səbəb oldu
Tunisdəki terror hücumları səbəbindən Beynəlxalq Kanoe Federasiyasının (ICF) 36-cı Konqresinin Azərbaycanda keçirilməsi qərara alındı. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Kanoe Federasiyasının (ICF) prezidenti Xose Perurena Lopez qurumun Bakıda təşkil olunan XXXVI Konqresi barədə danışarkən deyib.
Yol Polisindən valideynlərə MÜRACİƏT
Bu ilin ilk 10 ayı ərzində məktəbli yaşlı uşaqların avtomobil idarə edilməsi üzrə 20-yə yaxın fakt aşkar edilib.
Avropa Parlamenti Türkiyədən İMTİNA ETDİ
Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərar qəbul edib. Olaylar.az APA-ya istinadən xəbər verir ki, 479 parlamentar qərarın lehinə səs verib, 107-si bitərəf qalıb, 37-si isə əleyhinə çıxıb.
Azərbaycan qorxulu xəstəliklərin yayıldığı ölkələrin SİYAHIsında
Rusiyanın "Quberniya-33" saytı turistlər üçün infeksiya xəstəliklərinin yayıldığı ölkələrin siyahısını dərc edib. Məlumata görə, siyahıda Azərbaycanın da adı qeyd olunub. Rusiyanın ərazisinə malyariya xəstəliyi, əsasən, Afrika ölkələrindən gətirilir. Bununla yanaşı, Asiya, Cənubi Amerika, həmçinin Tacikistandan və Azərbaycandan da bu xəstəlik Rusiyaya gələ bilər.
Bakı məktəblərində "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla şagirdlərin görüşü keçirilib
"Kür-Xəzər" xeyriyyə ictimai birliyi tərəfindən Bakı məktəblərində "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla şagirdlərin görüşü keçirilib.
Avropada quş qripi
İsveç Səhiyyə Nazirliyi ölkədə quş qripi xəsətliyinin aşkarlandığınıaçıqlayıb. Ölkənin Cənbunda Sakne əyalətindəki heyvanlarda H5N8 virusunun müəyyən edildiyi təsdiqlənib. Bu açıqlamadan bir neçə gün əvvəl virusun Xorvatiya, Almaniya, Niderland, Avstriya, Macarıstan, Polşa və İsveçdə tapıldığı xəbəri yayılmışdı. Qeyd edək ki, ötən gün İranın paytaxtı Tehran şəhəri yaxınlığında quş qripinin tapıldığı xəbəri ictimaiyyətə açıqlanmışdı. İsveç höküməti xəsətəliyə qarşı profilaktik tədbirlər başlatdığını bildirilib. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Türkiyəyə turist axını
Son iki ayda Rusiya ilə Türkiyə arasında uçuşların bərpa olunması nəticəsində Türkiyədə turist sayının artması ilə müşahidə olunub. Antaliya və yaxınındaki turisik istirahət bölglərinə tam olaraq 423 min turist gəlib. Sentyabr- noyabr ayları ərzində isə Rusiyadan sadəcə Antaliyaya 2000 təyyarə uçuşu gerçəkləşib. Statistik dildə desək, son üç ayda gələn turist sayısı tam olaraq 22 dəfə artıb. Verilən məlumata görə Rusiyadan Türkiyəyə daha 80 təyyarə uçuşunun açılması gözlənilir. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Bakıda bir-birinə bitişik evlər yanıb
Bakı şəhərində silsilə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m² 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın qonşu ərazilərə də keçərək 3 m²sahədə və bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 10 m² olan 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Keçmiş məhkumdan silah və narkotik vasitə götürülüb
Baş Cinayət Axtarışı İdarəsi və Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəbbət Namazovdan 203,27 qram heroin göütürülüb. DİN-dən verilən məlumata görə, onun idarə etdiyi "VAZ-21214" markalı avtomobilə baxış zamanı ilə əlavə olaraq 350,462 qram heroin və 16 ədəd patron aşkar edilərək götürülüb.
Evdən qızıl oğurlayanın digər cinayətləri aşkar edildi
Baş Cinayət Axtarışı İdarəsi və Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də Nigar Quliyevanın evindən 1400 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən rayon sakini Fərhad Muxtarov tutulub. Bu barədə DİN-dən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 28-də Riayyət İsmayılovanın evindən 10.000 manat, 20.000 ABŞ dolları və qızıl əşyalar oğurlaması, habelə avqust ayında həmyerlisi Nail Şükürlü ilə birlikdə Bəxtiyar Əliyevə məxsus mağazadan 260 manat pul, danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən edilib.














