Avropa Parlamentinin sədri istefa verir - VİDEO

Avropa Parlamentinin sədri Martin Şults tutduğu postdan istefa vermək niyyətindədir. Milli.Az N24-ə istinadən bildirir ki, o, Almaniya bundestaqına 2017-ci ildə keçiriləcək seçkilərə qatılmaq və Almaniya Sosial-Demokrat Partiyasının Şimali Reyn-Vestfaliya federal əyalətindəki seçki siyahısına başçılıq etmək niyyətindədir.

Avropa Parlamentinin sədri Martin Şults tutduğu postdan istefa vermək niyyətindədir.

Milli.Az N24-ə istinadən bildirir ki, o, Almaniya bundestaqına 2017-ci ildə keçiriləcək seçkilərə qatılmaq və Almaniya Sosial-Demokrat Partiyasının Şimali Reyn-Vestfaliya federal əyalətindəki seçki siyahısına başçılıq etmək niyyətindədir.

"Qərarımı qəbul etmişəm. Bundan sonra Avropa Parlamentinin sədri olmaq niyyətində deyiləm. Avropa layihəsi uğrunda milli səviyyədə mübarizə aparmaq fikrim var", - M.Şults deyib.

Almaniya parlamenti olan bundestaqa seçkilər gələn ilin sentyabr ayında keçiriləcək.

Almaniyanın kansleri Angela Merkel də seçkilərə qatılmaq, 4-cü dəfə baş nazir seçilmək fikrindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31